Fələstinin Həmas qrupu Rusiya vətəndaşının qızı 13 yaşlı Qalini noyabrın 29-da mübadilə üçün siyahıya daxil edib. Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
“Rusiya diplomatları HƏMAS nümayəndələrindən onun azad edilməsini istəyiblər. Biz razılaşmaların həyata keçiriləcəyini gözləyirik”, – deyə diplomatik departamentdən bildirilib.
HƏMAS-ın sözçüsü Əbu Mərzuka daha əvvəl bildirib ki, islamçı qrup noyabrın 29-da on digər məhbusdan əlavə, Rusiya vətəndaşlığı olan iki israilli qadını azad edəcək.
Havar Şəfiyeva






