“Həmas”ın hərbi qolu “İzzəddin Əl-Qəssam” tərəfindən keçirilən hərbi paradda yerli imkanlar daxilində istehsal edilən pilotsuz təyyarə “Əbabil-1” nümayiş etdirilib.Avropa.info xəbər verir ki, bundan başqa axırıncı İsrail hücumlarında istifadə edilən “M75”, “R160” raketləri təqdim edilib.
“Qəssam” silahlılarının mətbuat katibi Əbu Übeydə deyib ki, Qəzzanın yenidən təmir edilməsinin gecikdirilməsi Fələstin xalqının səbrini daşırıb. Qəzza zolağına tətbiq edilən embarqo davavm edərsə, bu regionda yeni bir nifrət dalğası yarada bilər.



