İsrail hakimiyyəti Fələstinin Həmas hərəkatına tam atəşkəs müqabilində bütün girovları azad etməyi təklif edib, lakin HƏMAS bu təşəbbüsü rədd edib.
Elchi.az bu barədə “Al Arabiya”ya istinadən xəbər verir.
Mənbə aydınlaşdırır ki, belə bir təklif dolayı danışıqlar zamanı və Misir və Qətər hakimiyyətinin vasitəçiliyi ilə səslənib. Bütün girovların azad edilməsi ilə yanaşı, İsrail bütün öldürülənlərin cəsədlərinin qaytarılmasını da tələb edib, lakin HƏMAS nümayəndələri bu şərtləri rədd ediblər.
Nuranə Məmmədova





