Fələstinin radikal HƏMAS hərəkatı Qəzzada İsraillə atəşkəsi uzatmaq istəyir. Elchi.az HƏMAS Siyasi Bürosunun üzvü Qazi Həmədin “CNN”-ə istinadən verdiyi məlumata görə xəbər verir ki, hərəkat bunun üçün danışıqlarda bütün mövcud imkanlardan istifadə edəcək.
“Biz əlimizdə olan kozırlardan istifadə edərək, təcavüzü birdəfəlik dayandırmaq üçün atəşkəsi uzatmağa çalışırıq” – deyə o bildirib.
Həmədin qeyd etdiyi kimi, Həmas Qətər və Misirlə əlaqə saxlayır.
O izah edib ki, hərtərəfli razılaşma bütün fələstinli məhbusların İsrail həbsxanalarından azad edilməsi müqabilində müharibə əsirlərinin azad edilməsinə aiddir.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Fələstinin radikal HƏMAS hərəkatının israilli girovları azad etməyə davam etməsi şərti ilə Qəzza zolağında iki günlük humanitar atəşkəsi uzatmağa hazırdır.
Havar Şəfiyeva






