"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Həmidə Ömərova: “Şıxlinskaya aktrisa olsaydı…” – VİDEO

01 Noyabr 2015 - 08:24
in MƏDƏNİYYƏT, XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

“Belə söz-söhbətlər bizim kimi xalq artistlərinə yaraşmaz”.

Bu sözləri xalq artisti Həmidə Ömərova Leyla Şıxlinskayanın onun barəsində “Həmidə Ömərovanı tanımıram. Şəfiqə Məmmədovanı isə ən yaxşı aktrisa hesab edirəm” fikri ilə bağlıaxar.az-a danışarkən deyib:

“Deməli, o, çəkildiyi Azərbaycan kinosunun sonrakı dövründən xəbərsizdir. Yəqin, Leyla Şıxlinskaya uzun müddət xaricdə yaşayıb və bizim filmləri izləməyib. Ona görə bilmir ki, 1980-cı ildən sonra mən Azərbaycan filmlərinin 70 faizində varam. Şəfiqə Məmmədovanı ən yaxşı aktrisa hesab edir, onu tanıyır. Yəqin ki, Şəfiqə xanım da o dövrki filmlərdə çəkilib. Mən də Şəfiqə Məmmədovanı çox yaxşı xarakter aktrisası hesab edirəm. Amma Azərbaycan kinosunda Leyla Şıxlinskayadan sonra kinoda öz tutarlı sözünü demiş aktrisalar var. Mən Moskvada Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışam, peşəkar aktrisayam. Hesab edirəm ki, kinoda sözümü demişəm. Leyla Şıxlinskayaya mənim böyük hörmətim var, baxmayaraq ki, o, 1980-cı illərdən sonra Azərbaycan filmlərini izləmir, bizi tanımır. Ondan fərqli olaraq, mən Leyla xanımı tanıyıram. Çünki mən 25 ildən çoxdur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino tarixindən dərs deyirəm, kino tarixçisiyəm. Leyla xanım isə ixtisasca həkimdir. O da öz ixtisasını, yəqin ki, yaxşı bilir. Leyla xanım xoreoqrafiyanı bitirib, amma kinoda onun zahiri gözəlliyindən istifadə edib, çəkiblər. Yaxşı alınıb. Əsasən atası Tofiq Tağızadənin filmlərində çəkilib. Görürsünüz, mən Azərbaycan  filmlərinin tarixini çox gözəl bilirəm”.

Həmidə Ömərova Şıxlinskayaya məsləhət də verib:

“1980-cı ildən bu yana çəkildiyim filmlərdə tarixi obrazlar da yaratmışam. “Nizami” filmində Müslüm Maqomayevlə çəkilmişəm. Belə çıxır ki, Leyla xanım bilmir ki, Eldar Quliyev “Nizami” filmini çəkib?! Və yaxud da ki, Leyla xanım “Qorxma, mən səninləyəm”, “Yol əhvalatı”, “Üzeyir ömrü” və s. bu kimi məşhur Azərbaycan filmlərini izləməyib? Biz buna görə onu qınaya bilmərik. Yəqin, o həkim kimi öz sferasında daha məlumatlıdır. Leyla xanım aktrisa olsaydı, mənim iradım olardı. Yəni peşə etibarı ilə… Amma o, həkim olub, uzaq keçmişdə filmlərimizdə çəkilib. Ona görə mən heç incimirəm. Təbii ki, o, Şəfiqə xanımı tanıyır, çünki yaş etibarı ilə onlar yaşıd ola bilərlər. Mən ondan yaşda kiçiyəm, ona görə məni tanımır. Şəxsi mövqeyidir, hörmətlə yanaşıram. Hesab etmirəm ki, Leyla xanım qərəzli şəkildə deyər ki, mən Həmidə Ömərovanı tanımıram. Amma hansısa aktrisanı tanımasaydım, efirdə heç vaxt deməzdim ki, filankəsi tanımıram. Burada bir qərəz axtarmıram. Sadəcə, 35 ildir Leyla xanım Azərbaycan filmlərini izləmir. Bircə onu deyirəm ki, mən Həmidə Ömərova onu tanıyıram.  Çünki uşaqlıq illərimdə onun iştirakı ilə olan “Arşın mal alan” filminə baxmışam. Biz şou adamları deyilik, belə söz-söhbətlər bizim kimi xalq artistlərinə yaraşmaz. Mən Leyla xanıma uzun ömür arzu edirəm və arzu edirəm ki, vaxtı olanda mənim çəkildiyim, heç olmasa, bir filmə baxsın. Mən onu tanıdığım qədər qoy o da məni tanısın, tanımasa da, canı sağ olsun. Onsuz da xalq öz sənətkarlarını yaxşı tanıyır. Məni siz sevirsiniz, tanıyırsınız, bəsimdir”.

Xatırladaq ki, Leyla Şıxlinskaya “5-ci element” verilişində Həmidə Ömərovanı tanımadığını, ən yaxşı aktrisa Şəfiqə Məmmədovanı hesab etdiyini bildirib. Leyla Şıxlinskaya xalq artisti Amaliya Pənahovanı da yamsılayıb və onun Əsmər rolunu səsləndirməsini bəyənmədiyini qeyd edib.

Milli.Az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İbrahim Məmmədov efirə qayıdır – VİDEO

Next Post

Misirdə qəzaya uğrayan Rusiyaya məxsus təyyarənin ilk qurbanları tapılıb – VİDEO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

Next Post

Misirdə qəzaya uğrayan Rusiyaya məxsus təyyarənin ilk qurbanları tapılıb - VİDEO

Rusiya Ukrayna vətəndaşlarına qarşı miqrasiya qaydalarını sərtləşdirib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.