"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Həmkarlarından Rauf Arifoğluna dəstək

23 Noyabr 2014 - 02:49
in GÜNDƏM, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

“Avropa Birliyinin Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən Vətəndaşimg1684398 Cəmiyyəti Forumunda ermənilər tədbirdə iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlundan Avropa Bilriyinə şikayət ediblər. 
 
Baş redaktor tədbirdə Azərbaycanın əleyhinə təbliğat stendlərinin erməni nümayəndə heyəti tərəfindən sifariş verildiyini diqqətə çatdırıb. Erməniləri bu qıcıqlandırıb. R.Arifoğlu facebook statusunda yazıb: “Təşkilatçılar hazırda bu şikayəti qızğınca müzakirə edirlər… Borisə Bakıdan da ciddi dəstək var. Nə yazıramsa , Qrantın uşaqları anındaca ingiliscəyə tərcümə edib, onlara çatdırır. Onlar da əlində planşet , tez qaçırlar Forum təşkilatçılarının üstünə”.
Aktual.az Rauf Arifoğlunun mövqeyinə həmkarlarının münasibətini öyrənib:
“Azadinforum” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev:
“Problemlə tanışam və hətta onunla bağlı bu gün bir yazı da yazdım. Bir araşdırma apardıq və bəlli oldu ki, tədbiri təşkil edən təşkilat ermənilərlə 1988-ci ildən işləyir və ermənilərə yaxın olduqlarını ortaya çıxartdıq. Hesab edirəm ki, orda iştirak edən Azərbaycan nümayəndə heyəti ölkəmizlə bağlı sərgilənən foto-stentləri cırıb atmalı idi. Bu ilk növbədə Azərbaycana qarşı hörmətsizlikdir. Rauf bəyin hərəkətini təqdir edirəm, siyasi baxışları fərqli olsa da, dövlətimizə qarşı çirkin kampaniyanın yanında durmadı və tədbiri boykot etdi. Təbii ki, Rauf bəyin bu hərəkətindən sonra milli satqınlar ona qarşı hücuma keçməyə başlayıblar, xüsusən də, sosial şəbəkələrdə. Bu, yolverilməzdir.  Biz ölkə olaraq Avropaya inteqrasiya yolunda irəliləməkdə israrlıyıq. Amma bəzi beynəlxalq təşkilatlar bu kimi hərəkətləri ilə bizi özlərindən uzaqlaşdırırlar. Rauf bəydən fərqli olaraq beynəlxalq təşkilatlarla daha sıx işləyən Umud Rəhimoğlu və Vüqar Bayramovun bu məsələyə sərt təpki göstərmələrini gözləyirdik. Hər halda bizə çatan informasiyalarda bunu görmürük. Yəqin ki, bu barədə onların da açıqlaması olacaq”.
“Axar.az” saytının baş redaktoru Anar Niftəliyev:
“Azərbaycan əleyhinə kompaniya aparılırsa, Azərbaycan nümayəndə heyətinin, o cümlədən Rauf  Arifoğlunun bu şəkildə təpki göstərməsi təqdir olunası haldır. Ermənilərin kimliyi və mahiyyətlərinin nədən ibarət olmağı bəllidir. Həmin tədbirdə ermənilər kimi sevmirlərsə və Rauf bəyə qarşı olan kimi davranış nümayiş etdirirlərsə həmin adam demək ki, Azərbaycanın maraqlarını qoruyur. Əksinə, ermənilərin təqdir etdiyi, sevdiyi adamın kimliyi bir araşdırma tələb edir ki, görəsən, niyə bu, belədir. Bu baxımdan Rauf bəyin mövqeyini böyük məmnuniyyətlə bölüşürəm. Sadəcə mənim redaktəm ola bilərdi. Rauf bəy onlara etiraz olaraq forumdan imtina edib. Amma onların acığına həmin forumda baş verən eybəcərlikləri daha çox işıqlandırmaqla etiraz etmək olardı. Amma Rauf bəyin hansı etiraz formasını seçməyindən asılı olmayaraq onun mövqeyini hamı kimi mən də təqdir edirəm”.
Editor.Az saytının baş direktoru Azər Niftiyev:
“Bu məsələdə Rauf Arifoğlunu ittiham edənlər hakimiyyətə müxalifət olmaqla dövlətə müxalif olmağın sərhədlərini qarışdırırlar. Әgər Rauf Arifoğlu bir Azərbaycan vətəndaşı kimi dövlət maraqlarından çıxış edirsə, bunu hakimiyyət tərəfdaşı kimi təqdim etmək absurddur. Vətəndaşlıq mövqeyini, obyektivlik hissini itirməyən hər bir şəxs bu şəkildə davranmalı idi. Ehtiyacın qurbanına çevrilən şəxslərin Arifoğluna qarşı münasibəti təəccüb doğurmamalıdır. Bu fakt həm də onu göstərdi ki, Azərbaycanda milli maraqlarımıza yönəlik “qrant mafiyası” mövcuddur”.
“Yeni Çağ” (yenicag.az) qəzetinin baş redaktoru Aqil Ələsgər:
“Batumidə baş verən hadisəyə görə, Rauf Arifoğlu təndiq deyil, təqdir olunmalı idi. Ölkə daxilində nələrdənsə narazı olmaq xaricdə hansısa tədbirdə öz dövlətinin əleyhinə çıxış etmək haqqı vermir. Bunun demokratiya-filanla əlaqəsi yoxdur. Rauf Arifoğlu bu dövlətin qurulmasında iştirak etmiş,  Milli Azadlıq Hərəkatında xidmətləri olmuş bir insandır və onun bu mövqeyi alqışlanmalıdır. Bu səbəbdən də hansısa qrant cocuğunun, xüsusilə xəccəsevərlərin onu anlamaması normaldır. Azərbaycandan, Qarabağdan danışarkən, arxasını çevirənlərin yetişdirdiyi qrant cocuqlarının Rauf Arifoğluna qarşı ermənilərlə eyni mövqedən çıxış etməsi bir daha QHT sektoru ilə bağlı narahatlığın nə qədər haqlı olduğunu ortaya qoyub. Düşünürəm ki, ictimaiyyət bu məsələdə Rauf bəyə qarşı hücumların haqsız olduğunun fərqindədir və erməniyə içimizdən qahmar çıxanları da bir daha tanımışdır”.
“Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə:
“Ermənilərlə ancaq yataqda və səngərdə qarşılaşmaq lazımdır. Hesab edirəm ki, tezliklə səngərdə ikinci raund başlayacaq və o zaman iqtidarlı-müxalifətli qrantyeyənlər, onlara baxıb başlarını soxmağa kol axtaracaqlar”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Sanksiyalarımız Rusiyanı “ağrıdıcı şəkildə dişləyir”…”

Next Post

ATƏT-in Mİnsk qrupu və vurulan erməni helikopteri

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

ATƏT-in Mİnsk qrupu və vurulan erməni helikopteri

Rusiya tankları Ukraynada "at oynadır"- Fotolar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.