"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Həmsədrlərin prezidentləri görüşdürməsi ildən-ilə çətinləşir”

15 Dekabr 2015 - 09:57
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

 “Həmsədrlərin prezidentləri görüşdürməsi ildən-ilə çətinləşir”

Elxan Şahinoğlu: “Rusiya-Türkiyə gərginliyi fonunda münaqişənin həlli, ümumiyyətlə, mümkün görünmür”; Arzu Nağıyev: “Ermənilər Azərbaycanın hərbi gücünü hiss etdilər”

Üzeyir Cəfərov: “Artıq vaxt yetişib ki, nəhayət, Qarabağ düyünü açılsın…”

2015-ci ilin başa çatmasına sayılı günlər qalır. İlin sonlarında Azərbaycan xalqını ən çox narahat edən məsələ sözsüz ki, Qarabağ torpaqlarının işğal altında qalması və danışıqların cari ildə də heç bir nəticə verməməsidir. 
Əslində 2015-ci il Qarabağ danışıqları ilə bağlı uğursuz bir il oldu. Çünki bir neçə dəfə nəzərdə tutulsa da, prezident səviyyəsində danışıqlar baş tutmadı. Bunun da əsas səbəbi Ermənistanın aqressiyasının artması, düşmənin cəbhədəki təxribat və diversiya əməlləri, xəstə təfəkkürlü Serj Sərkisyanın Dağlıq Qarabağı “Ermənistanın tərkib hissəsi” kimi təqdim etmək cəhdidir. Başa çatmaqda olan il ərzində də ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti dəfə regiona səfərlər etdilər, lakin onların təcavüzkarla təcavüzə məruz qalan arasında bərabərlik işarəsi qoymaları, hətta separatçı rejimə meydan tanımaları onların missiyasının müsbət nəticə verəcəyinə inamı tam azaltdı.
Son zamanlar cəbhədə hətta tanklardan istifadə olunması düşməni təşvişə salıb. Ancaq Sərkisyan rejimi ölkə müxalifətinin etirazlarını səngitmək və ictimai diqqəti yayındırmaq üçün hətta cəbhədə ağır itkilər verməyə də hazırdır, necə ki, bundan əvvəl bir neçə dəfə bunun şahidi olmuşuq. Hətta bəzi erməni ekspertləri, əsgər anaları və müxalifət liderləri cəbhədəki itkilərə görə Sərkisyanın özünü günahlandırır.
İşğalçı ölkə hazırda Türkiyə-Rusiya gərginliyinə arxalanaraq daha sərt siyasətə üstünlük verir. Üstəlik, Rusiyanın Ermənistandakı silah arsenalını və canlı qüvvəsini artırması erməniləri həvəsləndirir. Qeyd edək ki, Ermənistan hökumətinin çağırışından sonra prezident Putin Türkiyə-Ermənistan sərhədinə 7 min əsgər göndərməyə qərar verib. Erməni mənbələri iddia edir ki, Rusiyanın 58-ci korpusunun seçmə birliklərindən gətiriləcək əsgərlər Ermənistan-Türkiyə sərhədində yerləşdiriləcək. Rus hərbi birləşmələri raketlər və tanklarla da təmin olunacaq. Ermənistanda belə hesab edirlər ki, Azərbaycan Qarabağı azad etmək üçün hərbi əməliyyatlara başlasa, rus əsgəri də Azərbaycana qarşı döyüşəcək. Ancaq Azərbaycan dəfələrlə bəyan edib ki, hərbi əməliyyatlar yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı olacaq və sərhədlərimizdən kənara çıxmayacaq. Belə olan halda Rusiyanın hərbi müdaxiləsinə hər hansı bəhanə qalmır. Lakin bu gün Ermənistanın taleyinə görə narahat olanlar da var ki, vaxtaşırı səslərini ucaldırlar. “2015-ci illə müqayisədə Ermənistan əhalisinin gəliri azalacaq”- erməni mətbuatına açıqlamasında Ermənistan Mərkəzi Bankının keçmiş sədri (1994-1998-ci illər), iqtisadçı Baqrat Asatryan söyləyib (axar.az).
 
Onun sözlərinə görə, Ermənistanın sosial-iqtisadi vəziyyəti həddən artıq həssasdır: “Ölkəmiz bizim sosial, iqtisadi haqlarımızı müdafiə etmir. Əsas fakt odur ki, gələn ilə hər şey daha da pis olacaq. Təəssüf ki, pis vəziyyətdə ilk növbədə gərək sosial təminatsız təbəqələr, yəni təqaüdçülər yaşasınlar. Dövlətin siyasəti sosial şəraiti pisləşdirməyə səbəb olur və bunun da göstərici kasıblığın səviyyəsinin artmasıdır. Xatırlatmaq istəyirəm ki, son bir neçə il ərzində Ermənistan hakimiyyətinin ən böyük uğuru ölkəni Cənubi Qafqazın ən kasıb dövlətinə çevirməsidir. Ermənistanda kasıbların sayı Azərbaycandan altı dəfə çoxdur. Biz ermənilər indiyə qədər heç vaxt belə vəziyyətdə olmamışıq”.
Bu il bir neçə dəfə Rusiyanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu geri qaytarmaq üçün Ermənistana təzyiqlər etməsi barədə xəbərlər dövriyyəyə buraxıldı, hətta bu xəbərlər Ermənistanda həyəcanla qarşılandı. Lakin Türkiyə-Rusiya gərginliyi bu söhbətləri də arxa plana keçirtdi. Bu mənada Ermənistanın müttəfiqinin Türkiyəyə yaxın müttəfiq olan Azərbaycanın maraqlarına cavab verən layihəyə gedəcəyi az inandırıcı görünür. İstənilən halda bizə gözləmək qalır. Hələliksə 2015-ci ilin Qarabağla bağlı yekunlarını azərbaycanlı siyasi və hərbi ekspertlərlə dəyərləndirdik. Həmçinin onlardan gələn illə bağlı gözləntilərini soruşduqda maraqlı cavablar aldıq.
Politoloq Arzu Nağıyev qəzetimizə açıqlamasında bir məqamı xüsusi qeyd etdi ki, 2015-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müsbət bir istiqamətdə yadda qalmasa da, lokal müharibə də olmadı:“Bununla yanaşı, dəfələrlə geniş miqyaslı müharibənin bir neçə addımlığında da olduq. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, münaqişənin həllinin dünya ictimaiyyəti tərəfindən həvalə edildiyi ATƏT-in Minsk Qrupu da, onun həmsədrləri də deklorativ çıxışlar və bəyanatlardan başqa ciddi bir addım atmadılar, ancaq sülhə riayət edilməsinin vacibliyindən danışdılar. Bundan başqa, regionda baş verən bir sıra münaqişələr, o cümlədən Ukrayna hadisələri, Türkiyə-Rusiya qarşıdurması da problemin həllinə mənfi təsir etdi”.
A.Nağıyevin sözlərinə görə, ümumiyyətlə, 2015-ci il münaqişənin həllində itirilmiş il hesab edilməsə də, konkret nəticə əldə edilmədi: “Bununla belə, ermənilər Azərbaycanın hərbi gücünü hiss etdilər və lazımi tədbirlərin görülməsi üçün yetərincə imkan olduğunu duydular. 2016-cı ilə gəldikdə isə artıq dünyada və regionda baş verən siyasi, iqtisadi və hərbi proseslər vəziyyətin həddən artıq gərgin olacağından xəbər verir. Rusiya Ermənistanda və regionda hərbi potensialını artırır, bu, ermənilərin xeyrinədir, həm status-kvo qalır, həm də 102 saylı briqada vasitəsilə ermənilərə silah və sursat verilir. ABŞ təşəbbüsü ələ almağa çalışır, lakin Rusiya buna imkan vermək istəmir və yəqin ki, bu proses davam edəcək. Məncə, növbəti ildə də əsas məsələ güc nümayiş etdirməklə erməniləri danışıqlar masasına oturtmaq olacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da 2015-ci ilin Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə gətirmədiyi qənaətindədir: “Böyük dövlətlər əvvəlki tək Ermənistana təsir etmək istəmirlər ki, birincı addım kimi Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılsın. Rusiya-Türkiyə gərginliyi fonunda münaqişənin danışıqlar yoluyla həlli ümumiyyətlə mümkün görünmür. İlin başlanğıcından ortalarına qədər belə bir söz-söhbət gəzirdi ki, guya Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması üçün Ermənistan hakimiyyətinə təzyiq edəcək. Lakin şəxsən mən bu söz-söhbətə heç zaman inanmadım. Rusiya-Türkiyə gərginliyindən sonra isə bu söhbətlər, ümumiyyətlə, arxa plana keçdi. Kreml Türkiyənin Cənubi Qafqazdakı strateji müttəfiqi – Azərbaycan üçün addım atmayacaq”.
Həmsədrlərin fəaliyyətsizliyindən bəhs edən E.Şahinoğlu qeyd etdi ki, Minsk Qrupu həmsədrlərinin işi-gücü bölgəyə səfərlər etmək və prezidentləri görüşdürməkdən ibarətdir: “Ancaq digər illərdə olduğu kimi, 2015-ci ildə də nə bu səfərlər, nə qarşıduran tərəflərin rəsmilərinin görüşləri nəticə verir. Həmsədrlərin prezidentləri görüşdürməsi də ildən-ilə çətinləşir. Çünki Azərbaycan prezidenti artıq mənasız görüşlərə ehtiyac duymur. Mənasız görüşlər Ermənistan prezidentinin maraqlarına xidmət edir ki, Dağlıq Qarabağ ətrafında status-kvonu uzada bilsin. 2016-cı ilin bu ildən elə bir fərqinin olacağını düşünmürəm. Danışıqlarda da irəliləyiş olmayınca cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalacaq, atəşkəs intensiv pozulacaq və itkilər artacaq”.
Hərbi ekspert Üzeyir Cəfərov da “Yeni Müsavat”a açıqlamasında pessimist danışdı: “Şəxsi düşüncəmə görə 2015-ci ilin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir çox parametrlərinə və göstəricilərinə görə ən real və ən uğurlu illərdən biri kimi tarixə düşmək şansı var idi. Hər birimiz ilin əvvəlindən noyabrın 24-dək böyük səbirsizliklə tez bir zamanda qoşunların təmas xəttində status-kvonun mütləq dəyişəcəyini gözləyirdik və bütün işlər də o istiqamətdə irəliləyirdi. Çox təəssüflər olsun ki, Rusiya-Türkiyə münasibətlərində yaranan gərginlik və son dərəcə ciddi bir hərbi-siyası durum bizim  ümidlərimizi bir qədər də ertələmiş oldu. Yəni 2015-ci ilə bəslədiyimiz ümidlər özünü doğrultmadı”.
 
Ü.Cəfərov il ərzində keçirilən hərbi təlimlərə xüsusi diqqət çəkdi: “Silahlı Qüvvələrimizin gecə-gündüz keçirdikləri təlimlər, sonuncu 65 minlik şəxsi heyət və minlərlə irili-xırdalı texnika və maşınların iştrakı ilə keçirilmiş təlimlər çox böyük səs-küyə səbəb olmuşdu. Düşmən və havadarları həddən çox narahat idilər. «su-24» bombardmançı rus təyyarəsinin Türkiyənin hava məkanını pozarkən vurulması isə açıq etiraf etmək lazımdır ki, daha çox məhz Azərbaycana ziyan və problemlər gətirdi. Türkiyə-Azərbaycan birgə hərbi təlimləri tarixin yaddaşına mən deyərdim, silinməz izlərlə yazılmış bir tarix oldu. Çox istərdim ki, tez bir zamanda iki nəhəng qonşu və qardaş dövlətlərimiz arasında bu gərginlik tez bir zamanda səngisin və nəhayət, hamı gücünü işğalçı Ermənistanın silahlı qüvvələrinin Qarabağ ərazisindən geri çəkilməsinə yönəltməyə başlasın. Bu, 2016-cı ildə baş versə, çox yaxşı olar. Ümid edək ki, bu məhz belə də olacaq. Əgər düşmən və havadarları buna imkan verməməyə çalışsalar, düşünürəm ki, Azərbaycan bütün imkanlardan istifadə edərək lazım olan addımları atacaq. Artıq vaxt yetişib ki, nəhayət, Qarabağ düyünü açılsın və ölkəmizin ərazi bütövlüyü tam təmin edilsin”.
***
Bu arada düşmən təbliğatı Azərbaycanın pilotsuz uçan aparatının vurulduğu barədə dezinformasiya yaymaqdadır. Son günlər cəbhədə xeyli itki verən, həmçinin məşhur snayperçisi məhv edilən işğalçı Ermənistanın iddialarına Azərbaycan tərəfi cavab verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Ermənistan KİV-i növbəti dəfə yeni uydurma ilə çıxış edərək guya cəbhə xəttində Azərbaycana məxsus pilotsuz uçan aparatın məhv edilməsi barədə yalan məlumatlar yayıb: “Bu xəbər, sadəcə, cəfəngiyyat və uydurma olduğundan şərh etməmək, cavabsız da qoymaq olardı. Amma ermənilərin bir gün Azərbaycana məxsus hətta uçan tank vurub zorla öz xalqına sırıyacağı ehtimalını da unutmamalıyıq. Əslində erməni cəmiyyətində ”ruh yüksəkliyi” yaratmaq üçün ekran əsərləri çəkmək sifarişi alan, fantastika janrına meylli erməni rejissor çəkəcəyi filmdən bir süjet danışıb, jurnalistlər isə bunu hərbi xəbər olaraq ucuz sensasiya kimi yayıblar. Bildiririk ki, Azərbaycana məxsus və silahlanmada olan bütün PUA-lar sıradadır və düşmənin hərəkətlərini nəzarətdə saxlanılır. PUA-larımız döyüş tapşırıqları nəzərə alınaraq, müvafiq təhlükəsizlik tədbirləri görülmək şərtilə plana uyğun, əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlərdə və düşmən mövqelərinin dərinliyində fəaliyyət göstərir”.
 
Ekspertlər hesab edir ki, Ermənistan hakimiyyəti bu kimi xəbərlərlə daxili auditoriyanı sakitləşdirmək istəyir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Coğrafiyanın vəd etdiyi dividentlər…

Next Post

İrandan Rusiya əleyhinə sürpriz gediş – Ankara və Bakı uduşda

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

İrandan Rusiya əleyhinə sürpriz gediş – Ankara və Bakı uduşda

Məhkəmənin Leyla Yunusla bağlı qərarından şikayət veriləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.