"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Hər birimiz son dərəcə ayıq-sayıq olmalıyıq” – Qüdrət Həsənquliyev

04 Yanvar 2024 - 15:34
in Cebhe-banner, MANŞET

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

– Qüdrət bəy, İranda Süleymaninin anım mərasimində baş vermiş terror hadisəsi barədə fikirləriniz necədir?

– Siyasi motivlərlə günahsız insanların öldürülməsi insan vəhşiliyinin son həddidir. Terror qurbanlarının yaxınlarına başsağlığı verirəm, yaralılara şəfa diləyirəm. Bu acımasız qanlı cinayətin motivini daxildəki zidiyyətlər də təşkil edə bilər, İranın düşmən olduğu xarici dövlətlərin xüsusi xidmət orqanları da törədə bilər. Amma kimin hansı motivlə törətməsindən asılı olmayaraq, Allah onların cəzasını verəcək. Təəssüf ki, bu gün hətta dünyanın demokratik, inkişaf etmiş ölkələri belə siyasi məqsədlərlə terrordan, terror təşkilatlarından istifadə edirlər. Türkiyəyə qarşı terror aktları törədən PKK-nın onun NATO üzrə “müttəfiqi” ABŞ tərəfindən dəstəklənməsi gözümüzün önündə baş verir. O cümlədən, İran da zaman-zaman terrora əl atır. Azərbaycan səfirliyinə və deputat Fazil Mustafaya qarşı törədilən son terror aktları bunun əyani sübutudur.

– İran narkotik maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərilməsində də ittiham olunur. Bu məsələyə də münasibət bildirmənizi istərdik.

– Bu da acı bir həqiqətdir. Amma ədalət naminə onu da söyləyək ki, ölkəmizə İrandan daxil olan səviyyədə olmasa da, Avropadan, Türkiyədən, dünyanın müxtəlif ölkələrindən narkotik maddələr gətirilir. Təəssüf ki, narkotik maddələrin yayılmasının qarşısını almaq, bu bəlanın kökünü kəsmək dünyanın heç bir ölkəsinə müyəssər olmayıb, o cümlədən Azərbaycana. Mən əvvəllər də demişəm, narkotiklərin yayılması ilə bağlı həyəcanlı çıxışlar heç də həmişə xoş niyyətlə edilmir. Məsələn, narkotiklərin yayılması ilə məşğul olanlar vətəndaşları qorxudub polisə müraciətdən çəkindirək üçün belə bir məlumat yayırlar ki, polisin bu işdə əli var. Bilirlər ki, geniş ictimai dəstək olmadan bu bəlaya qarşı effektli mübarizə aparmaq mümkünsüzdür. Bəziləri DİN-i gözdən salmaq üçün sifarişlə belə bir kampaniya aparır və s. Azərbaycanda dövlət orqanları narkotiklərin qarşısını almaq üçün bacardıqlarını edirlər, çünki buna qarşı mübarizə aparmalı olan vəzifəli şəxslərin də övladları, əzizləri bu bəlanın qurbanı ola bilər. Gənclərimizi, millətimizin genefondunu xilas etmək üçün narkotiklərə qarşı mübarizə işi daim təkmilləşdirilməli, gənclərin təhsilinə, işlə təmin olunmasına xüsusi diqqət yetirilməli, maarifçilik işi gücləndirilməlidir. Bununla bütün dövlət orqanları, hər kəs məşğul olmalıdır. İranla, terrorçuluğa son qoyulması, narkotiklərin ölkəmizə ötürülməsi, dini ekstremizmin yayılması kimi məsələlər dövlət başçıları səviyyəsində müzakirə olunub həllini tapmalıdır.

– Qayıdaq terror məsələsinə. Azərbaycanda da bu miqyasda terror aktları törədilə bilərmi?

– Bu gün DİN,xüsusi xidmət orqanları ölkədə kriminogen duruma tam nəzarət edir, sabitliyi, əmin-amanlığı, dövlətin təhlükəsizliyini tam təmin edirlər. Amma belə hadisələrdən tam sığortalanmaq mümkün deyil. Ölkəmizdə prezident seçkiləri kampaniyası başlanıb, istisnasız olaraq böyük qonşularımızın hamısı, Rusiya və İran müharibə və münaqişələrin, Türkiyə terrorla mübarizənin aktiv iştirakçısıdır. Ermənistanla sülh sazişi imzalanmayıb, müharibə vəziyyətindəyik. Ona görə hər birimiz son dərəcə ayıq-sayıq olmalıyıq. Xüsusilə, kütləvi siyasi tədbirlərin keçirilməsi təhlükəlidir. Ona görə ki, adətən kütləvi siyasi tədbirlər bu cür terror aktlarının hədəfi olur. Bütün bunları nəzərə alaraq namizədlərə səslənirəm ki, təbliğat kampaniyası zamanı açıq havada kütləvi tədbirlərin təşkilindən imtina etsinlər. MSK isə bunun qarşılığında namizədlərə daha çox efir vaxtı ayırsın.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kirman partlayışı: SEPAH izin verdi, MOSSAD təşkil etdi!

Next Post

Evində kamera quraşdırmaq istəyən kişi yıxılaraq öldü

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Evində kamera quraşdırmaq istəyən kişi yıxılaraq öldü

Evində kamera quraşdırmaq istəyən kişi yıxılaraq öldü

İsrail Qəzzada 51 qadını saxlayıb

İsrail Qəzzada 51 qadını saxlayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.