"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Hər kəs milli satqınlarla bir sırada dayanmadığını nümayiş etdirəcək

31 Yanvar 2024 - 18:05
in Cebhe-banner, MANŞET

Prezidentliyə namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsini (BAXCP) sədri Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Həmin müsahibəni təqdim edirik:

-Qüdrət bəy, seçki kampaniyası sona yaxınlaşır, bəlli qruplar seçkini gözdən salmaq üçün əldən-ayaqdan gedir, seçkilərin baş tutmaması üçün hər nə desən edirlər, onların seçicilərə təsir imkanları varmı?

-İstər Bakıdan göndərilmiş saqqalı ağarmış şeytanlar olsun, istər Qərbdəki ermənipərəst dairələrin sığınacaq verib bəslədiyi və Azərbaycana qarşı işlətdiyi milli satqınlar, istər həmin dairələrin ölkəmizdəki ifşa olunmiş əlaltıları, fərq etməz, onlar heç nədirlər.

Bizim onlar haqqında nəsə deməyimizə ehtiyac yoxdur. Onlar bir-birinin kim olduğunu bilirlər və zaman-zaman bu barədə danışırlar. Sizləri əmin edirəm ki, bir-biriləri haqqında yaydıqları ifşaedici məlumatlar 99.99% doğrudur. Ona görə bu bəduğur, savadsız, ilk imkanda düşmənlərin qucağına girmiş satqınlar yalnız özləri kimilərə təsir edə bilər. Xalqımız səsverməyə gələcək, xalqımıza və dövlətimizə qarşı düşmənçilik edənlərlə bir sırada dayanmadığını nümayiş etdirəcəkdir. Bunun əksi torpaqlarımız uğrunda həyatını qurban vermiş şəhidlərimizin ruhuna xəyanət olardı. Hamımız bilirik ki, Qərb institutlarının hay-küyü ermənilərə görədir. Kimsə arzuladığı namizədi görmürsə və namizədlərdən heç kim onu qane etmirsə, bütün namizədlərin əleyhinə səs verə bilər.

-Siz təbliğat kampaniyanızın gedişindən razısınızmı? Qanun pozuntuları ilə üzləşirsinizmi?

-Heç bir qanun pozuntusu ilə üzləşməmişik, ümid edirik seçki günü də üzləşmərik. Təbliğat kampaniyası dövründə seçki platformamı xalqa çatdırmaq üçün çoxlu görüşlər keçirmişik, internet resuslardan, medianın imkanlarından geniş istifadə etmişik. Ümid edirəm xalqımız böyük dəyişikliklərə səs verəcək, dövlət hakimiyyətinin inkişafa yol açacaq fərqli qaydada formalaşdırılması və özünün idarəetmədə iştirakı məsuliyyətini öz üzərinə götürməkdən çəkinməyəcəkdir. Ədalət, hüquq, demokratiya əsas milli hədəfimiz olmalıdır. Övladlarımıza, gələcək nəsillərə korrupsiyasız, qanunların aliliyinin təmin edildiyi, ədalətli cəmiyyət qoyub getməliyik.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qarabağda bu yollar yenidən qurulacaq

Next Post

“Ordu ölkəni yaxşı müdafiə edəcək vəziyyətdə deyil“

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
“Ordu ölkəni yaxşı müdafiə edəcək vəziyyətdə deyil“

"Ordu ölkəni yaxşı müdafiə edəcək vəziyyətdə deyil“

Dövlət qurumlarının borcları ləğv edilir?

Bu qurumda maaşlar azaldıldı: ixtisarlar başladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.