“Dekabrın əvvəlindən başlayaraq ictimailəşən və geniş diskussiyalara səbəb olan yeni “Media qanunu” layihəsi son oxunuş üçün sizə təqdim olunur. Layihənin lehinə səs verərkən əmin olun ki, az qala hər maddəsi, bəzən, hər sözü dərin analizlərdən keçən sənəd özünü doğrulda bildi”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlament plenar iclasında millət vəkili Zahid Oruc deyib. O, bildirib ki, yüksək formada təşkil etdiyi 3 ictimai dinləmədə iştirak edən 162 media rəhbəri, eksperti və jurnalistin açıq, sərbəst xarakterli müzakirələri, 70-dən artıq çıxışları, 500-dən artıq məqalə, açıqlama və təhlili yazıları, minlərlə status, rəy və şərhləri həm cəmiyyətimizdə, həm də beynəlxalq aləmdə layihənin həqiqi mahiyyətini təqdim etməyə fürsət açdı: “Əgər birinci dinləmə və oxunuş zamanı hətta hakimiyyət təmsilçiləri və tərəfdarlarının sənədlə bağlı bəzən qeyri-müəyyən, ehtiyatlı suallarını cavablandırmaq zərurəti vardısa, 3-cü dinləmənin keçirildiyi 28 dekabr günlərində nəinki dövlətin siyasi kursunu müdafiə edənlər, eləcə də layihənin əleyhinə imza atanlar, müsahibə və çıxışlarında ona qarşı gedənlərin mühüm bir hissəsi sənədin Azərbaycanda söz, mətbuat və ifadə azadlığına, güclü və sağlam jurnalistikanın yenidən dirilişinə töhvə verəcəyinə inamını ifadə etdilər, irəli sürdükləri ideyaların gələcək dövlət siyasətində nəzərə alınacağını dilə gətirdilər.Belə bir tərəqqinin əldə olunması təqdirəlayiq hadisəydi.
Fərqli maraqları və baxışları söz və fikir azadlığı, güclü media ideyası ətrafında birləşdirmək çətin olsa da Milli Məclisin bütün korpusu və İşçi qrupunun sistemli işi konsensus əldə etməyə imkan yaratdı, anlaşma mühiti formalaşdırdı və hər hansı parçalanmalara, siyasi müdaxilələrə fürsət açmadı. Əvəzində Yeni Media qanunu Zəfərin mətbuat meydanında davamı kimi ictimai institutların vahid mövqedə birləşməsinə və cəmiyyətin aparıcı qüvvəsi olan 4-cü hakimiyyətin dövlətlə və millətlə daha da yaxınlaşmasına səbəb oldu.
Milli Məclisdə təmsil olunan və olunmayan onlarla partiya, qeyri-hökumət təşkilatlarının geniş koalisiyası, sosial medianın aktiv rəy liderləri, fikir və söz adamları yeni layihənin yaratdığı sağlam mühitdə əsil vətəndaş mövqeyi göstərdilər, onların azadlığına və müstəqilliyinə xidmət edən mühüm milli qanunun qəbuluna dəstək verdilər.
Gəlin razılaşaq ki, əvvəlki media və kommunikasiya siyasətinə cavabdeh olanların on illik fəaliyyətlərinin mühakimə olunduğu indiki şəraitdə Parlamentin prinsipial bir siyasi xətti ardıcıl müdafiə etməsi cənab prezidentin daim vurğuladığı 21-ci əsrin çağırışlarına tamam uyğun idi.
7 və 30 dekabr zaman intervalındakı müzakirələr üçün Parlamentin səfərbər etdiyi bütün resurslar, təşkilati, insan və texniki heyətin hər bir üzvünün əməyi təkcə qanunverici hakimiyyəti deyil, bütövlükdə dövlətimizin mövqeyini möhkəmləndirdi, yeni tarixi dövrə keçən media islahatlarına təkan verdi, xarici informasiya hücumları ilə vətəndaşlarımızın şüurunu işğal etməyə çalışanlara qarşısında arzulanan güclü fikir sipəri yaratdı.
Əziz Məclis üzvləri,
Ikinci oxunuşdan sonra Milli Məclis sədrinin tövsiyyəsi ilə hörmətli Əli Hüseynli ilə birlikdə İşçi Qrupla bərabər 10-dan artıq media rəhbəri, tanınmış ekspertlərlə görüşdə faydalı müzakirələr aparıldı.Uzun illər media məkanında hökm sürən kəskin qütbləşmə və etimadsızlıq mühitində belə addımlar təqdirəlayiq idi, ona görə də ictimai-siyasi qüvvələr tərəfindən alqışlandı, mətbuatın kəskin qarşıdurma havasından çıxması üçün növbəti siqnal oldu.28 dekabr dinləmələrinin çətin şəraitdə baş tutması, medianı “doğmalara və ögeylər”ə bölmədən 70-dən artıq mətbuat rəhbərinin görüşə dəvət olunması layihənin formal səsvermə ilə deyil, ilk növbədə media ordusu tərəfindən mənən qəbul edilməsi üçün aparılan düzgün siyasəti idi. Layihənin lehinə və əleyhinə olanların ilk və son oxunuş arasında mövqelərindəki müsbət dəyişikliklər dövlətimizin bütün sağlam qüvvələri bir araya gətirmək üçün gördüyü tədbirləri göstərir.
Eyni zamanda, əgər kimlərisə Parlament binası qarşısında keçirilən iki aksiyada dilə gətirilən şüuarlar və çağırışların media layihəsinə nə qədər aid olduğu maraqlandırırsa, deyə bilərik ki, iki məhdud etiraz qatılan 10 və 22 nəfərlik qarışıq, fəaliyyət profilləri ayrı, lakin məqsədləri bir olan qüvvələrin canlı yayımla müxtəlif kanallara təqdim etdikləri mənzərələr azad mətbuat idealına yönəlməmişdi. Kənar seyrçiyə elə gəlirdi ki, onlar Azərbaycana beynəlxalq hesabatlarda verdikləri indeksləri doğrultmaq üçün planlı təlim keçirlər. Halbuki irəli sürülən çağırışlar layihənin bir sətrinə və ruhuna aid olsaydı, rəsmən görüş istəyər, qanuni yolllardan yararlana bilərdilər.Lakin əlbəttə, Parlament bir qanun layihəsi ətrafında 100 faizli tərəfdar toplamaq məqsədini qarşısında qoymamışdı. Əksinə, həmin aksiyalarda keçmiş KİVDF məfkurəsi hiss olunurdu, sadəcə əks qütbdə olanların müqaviməti Azərbaycanın düzgün yol seçdiyini göstərir”.
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...






