Beynəlxalq Ordu Oyunları çərçivəsində Moskva yaxınlığındakı Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsinin final mərhələsi başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, yarışların üç mərhələsinin yekun nəticələrinə görə Azərbaycanın hərbi aşpazları üçüncü yeri tutaraq bürünc medala layiq görülüblər.







