Vladimir Zelenski qorxur ki, Qərbin diqqəti Ukraynadan İsrailə keçəcək. Elchi.az xəbər verir ki, bu barədə hərbi ekspert Draqo Bosnik “InfoBRICS” üçün məqaləsində bildirib.
O, qeyd edir: “Zelenski çox güman ki, ABŞ-ın yüz milyardlarla “ yardımını İsraillə bölüşmək ehtimalından qorxur. Heç kimə sirr deyil ki, Vaşinqton İsrailə üstünlük verir və Kiyev rejimi və bütövlükdə Ukrayna xalqı “ucuz top yemi” kimi qəbul edilir” – məqalədə deyilir.
Bosnik həmçinin vurğulayıb ki, Zelenskinin İsrail hökumətinin imtinası səbəbindən baş tutmayan Tel-Əvivə səfəri Kiyevin Qərb ölkələrinə özünü bir daha xatırlatmaq üçün uğursuz cəhdi olub.
Havar Şəfiyeva






