Cənubi Amerika ölkəsi Ekvadorda hərbi helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Ekvador ordusundan verilən açıqlamada Amazon meşələrində qəzaya uğrayan helikopterdə olan 5 əsgər və 3 mülki vətəndaşın həyatını itirdiyi bildirilib.
Qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
Açıqlamada helikopter qəzasında həyatını itirənlərin Ekvador Hökumətinin Risklərin İdarə Edilməsi Katibliyinə (SGR) bağlı bir qrup olduğu, həyatını itirənlərin isə hadisədən zərər çəkənlərə kömək etmək üçün vəzifə yerinə yetirdikləri bildirilib. Amazon əyalətinin Pastaza şəhərində daşqın.
Ekvador prezidenti Daniel Noboa sosial media hesabından verdiyi açıqlamada qəzadan “dərin kədərləndiyini” bildirib.
Ölən komandanın ailəsinə başsağlığı verən Noboa, “Humanitar yardım edən əsgərlərin və dövlət məmurlarının keçirdiyi faciəli qəzadan dərin kədərləndim. Onlar Ekvadorlulara kömək etmək üçün qəhrəmancasına bir vəzifə götürdülər” deyib.
Şayəstə Hüseynova






