“Zakir Həsənov ANS-ə bildirdi ki, bütün planlar, təlimlər Ali Baş Komandan, möhtərəm cənab
prezidentin göstərişi ilə həyata keçirilir”. Elchi.az xəbər veir ki, bu barədə Müdafiə naziri Zakir Həsənov təlimlərdən sonra ANS-ə ekskluziv açıqlamasında deyib.
“Bizim qabaq, Türkiyə ilə birgə müxtəlif hərbi hissələrdə quru qoşunlarının təlimləri olmuşdu. Bu təlimlər həm qardaş Türkiyədə, həm də Azərbaycanda keçirildi. Ancaq iki ölkənin hərbi hava qüvvələrinin birgə təlimləri ilk dəfə idi ki, Azərbaycanda keçirilirdi. Çox önəmli olan məsələ odur ki, bizim pilotlarımız, Türkiyə Silahlı Qüvvələrinin pilotları ilə birgə döyüş tapşırıqlarını yerinə yetirməklə, bir-birini sığortalamaqla, bir-birinə döyüşdə dəstək verməklə təlimlər keçirdilər. Mən bu təlimləri yüksək qiymətləndirirəm və biz təlimləri daha geniş bir səviyyədə bundan sonra da davam etdirəcəyik,. Mən maksimum dərəcədə tapşırıq verdim ki, bu təlimlər real döyüş vəziyyətinə yaxın həyata keçirilsin”.
Türkiyə Hərbi Hava Qüvvələrinin təlim bölümünün rəhbəri Nihat Çakıroğlu isə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin keçirilməsini çoxdan gözlədiklərini dedi:
“Bizim tariximiz, atalarımız, dilimiz eyni, özəlliklə də bunun təməlində bir sevgi var Azərbaycana qarşı. Çünki bizim ürəklərimiz bərabər üzülür, bərabər sevinir, iki ölkə olaraq. 20 ildir biz, məhz bu anı gözləyirdik. Qardaşlarımızla barabər əməliyyat həyata keçirmək həsrəti ilə alışıb yanırdıq. Təlimlər bundan sonra da davam etdiriləcək. Təlimlər burda başladı, amma burada bitməyəcək. Növbəti illərdə də təlimləri həm Türkəyədə, həm də Azərbaycanda davam etdirəcəyik, məhz qardaşlarımızla birlikdə”.



