"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Həyatımın ən keçilməz acısı: Qubadlı – Rəsul Mirhəşimlinin yazısı

31 Avqust 2017 - 12:55
in KÖŞƏ YAZILARI

Həyatımın ən keçilməz acısı: Qubadlı – Rəsul Mirhəşimlinin yazısı

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Ən çətin yazıdı bu. Gözünü bir nöqtəyə dikəsən, o nöqtədən sonsuzluq içindən az qala bütün həyatın gəlib-keçə, amma o xatirələri gözlərin önündə canlandırdıqlarına layiq bir söz tapmayasan. Bunun üçün çətindi yazmaq.

***

Qubadlıdan olan həmyerlilərimlə daha çox yas mərasimlərində görüşürük. Bir də baxdım ki, yas yerlərinə getməkdən də yorulmuşam. Yaxından-uzaqdan tanıdığım nə qədər insan köçdü bu dünyadan. Dünyadan hər köçən özü ilə bir Qubadlı niskili apardı, hər insan bu həyatdan getdikcə o torpaqlar bir az da öldü. Mən yoruldum… Can cövhərim tən qutusunda məhbus qaldıqca yoruldum.

Çarəsizlik nədir, dedilər, bilirsənmi? Bir şeyi bilməkdən ilk dəfə nifrət etdim, dedim…

***

Əvvəllər doğulub, böyüdüyüm yerləri yuxumda gördükcə dəli kimi oyanırdım. Yuxularda itirdiyim yurdumun peşmançılığını oyandığım andan növbəti gecəyədək daşıyırdım. Yaş ötdükcə insanlar arasında sərsəm kimi gəzirəm. Bir insanın ölənlərə həsəd apardığını gördünüzmü? Mən həsəd aparıram, o karvana qoşulub getdilər, mən qaldım deyə. “Bir gözyaşı düşər torpağa, torpaq anlar insanı. İnsan anlamaz…”

***

Qubadlının görüntülərinə baxıram hərdən. O görüntülərdə bir mənzərə var – Ermənistanla sərhəd ərazidən rayon mərkəzinə bir yol enir. O yol bizim məhləyə yaxınlaşdıqca həyəcanla evimizi axtarıram. Bilirəm, evimiz görünməyəcək. Hər dəfə uşaq sadəlövhülüyü ilə axtarıram evimizi, görə biləcəyimin ümidi ilə.

İtirdiyim bu illər içində enib-qalxdığım o qədər çağlar oldu. On birinci mərtəbəyəcən qalxdım. O mərtəbədən evimə qərib-qərib baxdıqca daha çox qəlbimi parçaladı yurd itkisi. Bir də baxdım keçmişlə yaşayıram, bu günüm yox, sabahım şübhəli. Buna yaşamaq deyirlərsə…

***

Bir il də gəldi dərdimizin üstünə. Qubadlının işğal tarixi ilə illəri saymağa başlamışıq. 24 olur avqustun 31-də…

Bir xatirə gəldi ağlıma…

1993-cü il aprelin 15-də Qubadlının ozamankı icra başçısı Elxan bəylə Laçından dönürdük. Maşını artilleriya atəşinə tutdu ermənilər. Bəlli idi ki, icra başçısının avtomobilini hədəf kimi nişan verən biri vardı. Onun kimliyini sonradan öyrəndik. Hədəfdə biz idik, amma faciə Muradxanlı kəndinin sakini gənc bir qadını qoynuna aldı. Övladını atəşdən qorumaq üçün evə girmək istəyəndə mərmilərdən biri o gənc ananın üzərinə düşüb, onu parça-parça eləmişdi. Bədənin parçalarını yerdən toplayıb, dəfn elədilər. Bu gün o qadının ölümünə həsəd apardım. Çünki neçə ildi dağılmış parçalaramı özüm toplaya bilmirəm.

Allah o qədəri mənə yazsaydı, o zaman hələ bir yaşı tamam olmamış oğlum atasının şəklinə baxa-baxa böyüyəcəkdi. Atasızlıq dərdi ilə yanaşı, “atam müharibədə ölüb”, deyilən bir qüruru da yaşayacaqdı.

***

Qubadlı mənim məsumluğumun yurd yeri idi. Qubadlı o yerdə qazandığım ən böyük dəyərin beşiyi idi. Həyatımda ilk yerdə dayanan o dəyəri illər sonra Qubadlını itirdiyim kimi itirdim.

O ölüm həmin gün məni qoynuna alsaydı, atamın son nəfəsində kəndimizin buz bulaqlarını bir-bir sadalayıb, çəkdiyi həsrətin yanğısına yerdən yerə girməyəcəkdim. Qış günü Sumqayıtda ağacların dibində qar gəzib, atamın son arzusunun ardınca göz yaşı içində qaçmayacaqdım. Topladığım qarı acgözlüklə xışmalayan atamın atəşi müvəqqəti öləzidikcə qəlbim atəş-atəş yanmayacaqdı.
İtirdiyim dəyərin doğru xəbərini gətirənə canımı verərdim deyib, bu ümidin heç zaman gerçəkləşməyəcəyini bilmək diri gəzib, ölü kimi yaşamaqdı.

Yox, əgər siz ölmədiyini düşünürsüzsə, gətirin sizin diri bildiyiniz Rəsulu mən də görüm!

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İzzət Bağırova görə restoranda dava düşdü – Yaralılar var

Next Post

Bu gün son gündür – Qeydiyyat başa çatır

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Bu gün son gündür - Qeydiyyat başa çatır

Şirvanda qətl — 56 yaşlı kişi bıçaqlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.