"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Həzrət Abbas haqqı” və İran səhiyyəsinin iç üzü

09 İyun 2023 - 13:33
in Cebhe-banner, MÖVQE

İran qapalı və hətta açıq olan informasiyalarla bağlı kifayət qədər məharətlə manipulyasiya etməyi bacaran ölkədir. Əslində, burada təəccüblü heç nə yoxdur. Rejimin daxili ictimai rəyə və ətrafa bütün təsir və təzyiq metodları elmi izahı olmayan qondarma ehkamlar, saxta, mənbəyi bilinməyən hekayələr üzərində qurulub. Bu ölkədə ölçülə bilən heç nə yoxdur, yalanla doğrunun kələfi 1979-cu ildən başlayaraq, bir-birinə qarışıb. Həqiqətin və azadlığın ölçü vahidi statistik məlumatlar, tarixi faktlar, elmi mənbələr, müqayisəli təhlillər, insan hüquqları deyil, məsələn, “Həzrət Abbas haqqı”dır. İranda səhiyyənin “möhtəşəmliyi”, həkimlərin “məharəti”, dərmanların “keyfiyyəti” haqqında deyilənlər də, elə bu qəbildəndir. Bu ölkədə səhiyyənin real durumu haqqında elmi araşdırmalar, demək olar ki, yox dərəcəsindədir. Rejim təbliğatçılarının bəsit, əttökən, təbliğat xarakterli və ara-sıra gözə dəyən yazılar istisnadır, şübhəsiz. “Qurşaqdan aşağı”, yaxud “həyatın dibində”ki şaiyə şəbəkələri fasiləsiz və tayı-bərabəri olmayan yalanları durmadan üyütməkdədirlər. Amma nə olsun, bəzən “and olsun Əbəlfəzl Abbasın qələm qollarına”, baba, İrandakı həkimlərdən heç harda yoxdu…” kimi cəhalət metaforaları mollaxanının səhiyyə “butaforiyası”nı ən son nailiyyət kimi təqdim etməyi bacarır. Və buna inanıb sonuncu qəpiyini “səhiyyə cənnəti”nə “qəbz” almaq üçün xərcləyənlər də tapılır.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

İndi keçək ölçülə bilən mətləblərə… O mətləblərə ki, hətta klassik ehkamlar üzərindən içilən andlar da keçərli deyil.

…“İran” adlanan ölkənin mollaxanaya çevrilməsi prosesinin ilk 6-9 ayı ərzində bu ölkənin sərhədlərini, təxminən 5 milyon nəfər tərk edib. Elm adamları, yüksək kvalikasiyalı həkimlər, mühəndislər, kəsəsi şərin nəfəsini duya, baş verənlərin mahiyyətini dərk edə bilən hər kəs baş götürüb gedib bu (v)İran(ə)dən…

Elə indi də, əlinə imkan düşən evini, xalça-palazını satıb qaçır.

Müxtəlif mənbələrdən əldə etdiyim və müqayisəyə imkan verən məlumatlara görə, hər il İrandan 150 min ali təhsilli şəxs başqa ölkələrə köçür. Təkcə 2018-ci ildə 3 min həkim İrandan həmişəlik gedib. 2019-2020-ci illərdə bu göstərici 6500 nəfər təşkil edib. Mənzərə aydın olsun deyə, qeyd edim ki, hər il İranın ali təhsil müəssilərinə, tibb ixtisasları üzrə təxminən 14 min nəfər daxil olur. Bu ixtisasların əksəriyyəti yüksək ödəniş tələb etdiyi üçün tibb sahəsi üzrə universitetlərə qəbul olan şəxslərin demək olar ki, yarısı təhsilini başa vura bilmir. Təhsilini başa vurub xarici ölkələrdə təcrübə keçənlər, bir qayda olaraq geri qayıtmırlar. Geri qayıdanların bir hissəsi isə ixtisası üzrə çalışmaqdan imtina edir. Bu səbəbdən də, hazırda İranın nəinki əyalətlərində, hətta mərkəzi şəhərlərində belə həkim çatışmazlığı yaşanmaqdadır və rejim bu problemin həllini tibb ixtisası üzrə universitetlərə qəbul olan şəxslərin üzərinə müəyyən öhdəliklər qoymaqda, yaxud tibb mütəxəssislərinin ölkədən çıxışına məhdudiyyət tətbiq etməkdə görür.

Son illər, xüsusilə də 2018-ci ildən başlayaraq, İranın səhiyyə sisteminin yaşadığı problemlərdən biri də dərman və tibb ləvazimatlarının çatışmazlığı ilə bağlıdır. Ərzaq məhsulları və dərmanlara nəzarətin təşkili üzrə təsisatın (İFDA) rəhbəri Seyid Heydər Mohammadinin bu ilin yanvarında İranın vitse-prezidentinə ünvanladığı müraciətdə ölkəyə dərman və tibb ləvazimatlarının, o cümlədən avadanlıqların gətirilməsi üçün ciddi valyuta çatışmazlığının yaşandığı bildirilir. Şübhəsiz ki, bu rəsmi məlumatdır, reallıqda isə vəziyyət daha acınacaqlıdır.

Təxminən 10 il öncə dünya reytinqində 18-ci sırada dayanan İran səhiyyəsinin 2022-ci ilin göstəricilərinə görə, “Blomberg”in bütün dunyada qəbul olunan sıralamasında 69-cu sıraya enməsi bu ölkənin səhiyyə sisteminin gündən-günə geriləməsindən xəbər verir. Dünyanın səhiyyə sistemləri üzrə ən böyük məlumat bazasının yer aldığı “Numbeo”nun sıralamasında isə İran səhiyyəsi 75-cı sırada qərar tutur. Bütün bu göstəricilər, hətta İranın özünün də etimad etdiyi mərkəzlərin konkret faktlara və statistik rəqəmlərə söykənən elmi araşdırmalarının ortaya çıxardığı nəticələrdir. Bu o deməkdir ki, dünya reytinqlərində “Həzrət Abbasa and içməklə” yüksək göstəricilərə nail olmaq mümkün deyil.

Son olaraq qeyd edim ki, BMT-nin təqdim etdiyi statistik məlumatlara görə, hazırda İranda yazıb-oxuya bilməyənlərin – sabadsızların sayı 9 milyon nəfərdən çoxdur, yəni təxminən Azərbaycan Respublikası vətəndaşlarının sayı qədər. Bu İran əhalisinin təxminən 11%-ni təşkil edir. Azərbaycanda isə savadlılıq göstəricisi az qala 100%-ə yaxındır.

İndi savadlı adamsınız, özünüz nəticə çıxarın…

Elçin Mirzəbəyli

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukraynanı məğlub etməkdən başqa yol yoxdur – Puşilin

Next Post

Türkiyə Kosovadakı NATO ordusuna rəhbərlik edəcək

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Türkiyə Kosovadakı NATO ordusuna rəhbərlik edəcək

Türkiyə Kosovadakı NATO ordusuna rəhbərlik edəcək

ABŞ-dan Türkiyə ilə bağlı inanılmaz etiraf

ABŞ-dan Türkiyə ilə bağlı inanılmaz etiraf

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.