Türkiyənin məşhur “Haber Qlobal” telekanalı Şuşadan keçən Xankəndi-Laçın yolunda azərbaycanlı aktivistlərin Ermənistanın ekoloji terroruna qarşı etiraz aksiyası ilə bağlı “Azərbaycanlılar mədənlərinə sahib çıxır” başlıqlı süjet hazırlayıb.
Elchi.az xəbər verir ki, süjetdə Ermənistanın Azərbaycanın faydalı qazıntı yataqlarını qanunsuz istismarı, bunun etirazlara səbəb olduğu qeyd edilir.
Bununla yanaşı, dinc etirazçıların aksiyanı yalnız gündüz yox, gecə də davam etdirdikləri diqqətə çatdırılır. Bildirilir ki, şaxtalı soyuğa rəğmən aksiyadan vaz keçməyən etirazçılar tonqal qalayaraq, isinməyə çalışırlar.
“Azərbaycan mədənlərinin talanması təkcə qanunsuzluq deyil, həm də ekoloji qırğındır”, – telekanal vurğulayıb.




