"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Həcı başqa şeydü, Yavər!

04 Aprel 2015 - 10:28
in KÖŞƏ YAZILARI

photo-300x300Əfsələddin Ağalarov

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Hacı başqa şeydü, xalaoğlu. Hacı ağızdan çıxan sözdü, hacı qaşdı, hacı gözdü. Hacı bizim başımızın tacı, gözümüzün bəbəyidi…

Kim idi, xalaoğlu, o gün Hacı haqqında boş-boş danışan?  Danışırmış ki, guya 5 arvad saxlayır, qara-qura işlərlə məşğuldu. Elə bir hacımı var bizdə? Yalan, şər yayır o kafirlər.

Yalandan orada-burada danışırlar, Yavər. Guya bizim bəzi hacılar “maşennik”di, ona-buna hacı adından istifadə edib pul atır. Guya bizim hacıların bəziləri məclislərdə altdan araq içir, qəlyanxanalarda masanın üstündə dollarla rahladığı ağartını bir burnunu qapadıb “hup” deyə beyninə çəkir. Guya bizim hacılardan bəziləri bığını sığallaya-sığallaya ondan mədət uman gəlinlərin sinəsinə baxıb zövq alırlar. Yalandı atam. İnanma. Dedim axı, həci başqa şeydü.

Heç bilirsənmi, bizim bəzi həcilər VİP-lə gedib ziyarətə gəlirlər? Harada var belə özünəbaxan, öz rahatlığını güdən, komfort vurğunu insanlar. Ancaq bizdə var e onlardan, xalaoğlu. Allahın evinə  VİP-lə uçurlar.

Gəl sənə bir sirr açım. Qulağını yaxın tut. Bizdə 26 dəfə ziyarətdə olan deputat hacı var. Gör bir dəfə ağzını açıb deyir ki, mən 26 dəfə olmuşam müqəddəs məkanda? Heç vaxt deməz. O gün Milli Məclisdə nə qədər sıxma-boğmaya saldılar, demədi. Axı həci etdiyi əməlləri gizli saxlmalıdır, Yavər. Atam, sən də heç kimə demə. Birdən eşidən olar, bilən olar. Gizli saxla belə söhbətləri.

Şeytan əməlindən uzaq qaçır bizim bəzi həcilər. Bəziləri nə “facebook”a girir, nə o andıra qalmış “instagram” bilir. Hansı başıboş o gün deyib ki, guya bir ağsaqqal hacı “facebook”da porno videonu açıb baxırmış. Sonra bilindi ki, bu, virus imiş. Onu açan kimi dostluğunda olan digərlərinə də xəbər çatıb ki, həci filankəs kəhər atı ilə sarışın qızın bu videosuna baxmaq üçün səni də dəvət etdi. Yalandı. Şərdi, böhtandı. Allah bilir, Yavər, həci elə şey eləməz. Zinadı e o, zina. Zinakar deyil həci.

Güldürmək lazımdır bizim insanları. Çox yorulublar elə bil. Bir az gülsünlər belə şeylərə, xalaoğlu. Onsuz da biz həcilər gələndə həmişə başda otuzdururlar. Onsuz da bizdən yaxşını-pisi məsləhət alırlar. O gün yasda görürəm ki, kəlməyi şəhadəti bilməyən, Hacca getmək adı ilə ondan bundan borc alıb Bakıya Dubaydan “kalqotka” vuran hacı qonşumuz oturub yasda mollanın yanında. Elə hey namus-qeyrətdən danışır. Deyir ki, qızlarınızı abırlı geyindirin məhəllənin bığı təzə tərləyən, qoltuğu tüklənən oğlanları var.. Səməd kişi də yaxşıca cavabını verdi. Dedi, ay hacı, axı sənin böyük qızın elə hamımızınkından daha biədəb geyinir. Hacı nə cavab versə yaxşıdı, Yavər? Dedi, Səməd kişi, insafnan danış mənim qızıma yaraşır axı. Elə bunu demişdi ki, mağarda hamı gülüşməyə başladı.

Hə xalaoğlu, sözümün canı odu. Bambaşqa hacılarımız var.  Həci ürəkdi, bunu bil sən, başqaları onsuz da bilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mühacirətin yolları

Next Post

Türkiyə təyyarəsi quş qatarı ilə toqquşub

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Türkiyə təyyarəsi quş qatarı ilə toqquşub

Türkiyədə prokurorun ölümündə Bəşər Əsəd izi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.