"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hacı İbrahimin 1 milyondan çox obyekti var`

26 May 2015 - 18:24
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Xəzər adaları” layihəsinin müəllifi, “Avesta” konsernin rəhbəri və adı maliyyə qalmaqalında hallanan iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı “Azad Azərbaycan” Televiziyasının keçmiş vitse-prezidenti Natiq İbrahimov AzVision.az-a müsahibə verib.

O, müsahibə zamanı çox ciddi məqamlara toxunub:

-Son günlər qardaşınız Hacı İbrahimin həbsi ilə bağlı müxtəlif məlumatlar yayılır. Bildirilir ki, 10 gündən çoxdur həbsdədir. Qardaşınız doğrudanmı həbsdədir, yoxsa…?

-Hacı İbrahimlə bağlı indi məlumat vermək düzgün deyil. Hazırda araşdırmalar gedir. Hacı İbrahim işləri yoluna düşdükdən sonra özü açıqlama verəcək. Biz Hacının 12 gündür ki, həbsdə olduğunu söyləyən Qurban Əhmədovu tanımırıq. (Qurban Əhmədov “Khazar İslands” layihəsinin rəhbəridir-red). O, kimdir ki, Hacı İbrahim haqda danışır?

Hacının özünün mobil telefonu var. Kim istəsə ona zəng vurub, özü ilə danışa bilər.

– Qardaşınızın Beynəlxalq Bankdan götürdüyü krediti qaytarmadığı üçün həbs edildiyi iddia edilir. Hacı İbrahim də mətbuata açıqlamasında kredit borcunun olduğunu gizlətməmişdi. Bildirmişdi ki, ona borcunu qaytarmaq üçün vaxt qoyulub. Verilən vaxt başa çatdı. Bilmək istərdik Hacı pulu qaytara bildimi?

-Hacının Beynəlxalq Banka borcunun olması ilə bağlı mən indi heç nə deyə bilmərəm. Hacının işi ilə bağlı araşdırma gedir. O, özü çıxıb, bütün dəqiq məlumatları açıqlayacaq. Mənim bu barədə danışmağım doğru olmazdı.

-Qardaşınızın maşınlarını, evlərini, hətta “Avesta” konsernini satışa çıxarması haqda mətbuatda məlumatlar yayılır. Bu məlumatlar nə dərəcədə doğrudur?

-Hər şey göz qabağındadır. Qaradaşımın şəhərdə o boyda obyektləri var. Görmək istəyənlər gedib onu görsünlər. Maşallah Hacının şəhərdə 1 milyondan artıq obyekti var. Şəhərin yarısını Hacı tikir. Bunlar müvəqqəti çətinlikdir. Hər kəs belə çətinliklə qarşılaşa bilər. Belə şeylərdən qorxmaq lazım deyil.

Yayılan xəbərlərə çox da inanmayın. Bəzi mətbuat orqanları yazmamaq üçün bizdən pul istəyirlər. Kimsə bizim barəmizdə haray çəkib yazırsa, demək ki, pul istəyirlər.

“Avesta” niyə satılmalıdır axı? Deyilər ki, “Avesta” 50 milyona satılır. Əgər zərər varsa, obyek satıla bilər. Satar gedib başqasını tikər. Burada qeyri-adi bir şey yoxdur.

-Sizin ölkəni tərk etdiyiniz barəsində də məlumatlar yayılır. Ölkəni tərk etməmisinizmi?

– İndi Hacının binasında, “Avesta”nın 10-cu mərtəbəsində oturmuşam. Heç yerə qaçmamışam. Nəyim var ki, hara da qaçım?

– Hazırda mühacirətdə olan qazaxlı iş adamı Elşad Məmmədov sizinlə yazışmanızı sosial şəbəkələrdə paylaşaraq ölümlə təhdid edildiyini iddia edirdi. Bu məsələyə də münasibətinizi bilmək istərdik.

– Qazaxlı iş adamı xəstədir. Psixin biridir. Danışığından onun xəstə olduğunu görmək olar. Kimsə mənim adımdan saxta profil yaradıb və ona mesajlar göndərib. O da həmin videonu yayıb. Həmin görüntünü izləyəndə “ətim töküldü”. Mən həmin şəxsi heç tanımıram. Videoya baxdıqdan sonra belə bir manyakın olduğunu gördüm. Həyatım boyu mən elə bir adam görməmişəm.

Hafiz Əhmədov

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bələdiyyə – QHT əməkdaşlığı – Layihə

Next Post

Erməni idmançılar Bakıya öz hesabına gələcək

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Erməni idmançılar Bakıya öz hesabına gələcək

İlham Əliyev və xanımı istirahət mərkəzinin açılışında- Fotolar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.