"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hacı İbrahimin qardaşının məhkəməsində zərərçəkmişlər dindiriliblər

26 Dekabr 2018 - 13:40
in CƏMİYYƏT

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Report”un müxbiri xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ehtiram Əhmədov ifadə verib.

O, S.İbrahimovu əvvəllər tanımadığını, mənzili Eldəniz Cəfərovdan aldığını deyib: “Sənədləşmə işlərini isə Məzahir Cəfərovla etdik. Mənzilin müqaviləsini Məzahirdən aldım, 4 ildir həmin evdə yaşayıram. Bu günə kimi evlə bağlı heç bir problem olmayıb”.

Zərərçəkmiş ona heç bir ziyanın dəymədiyini söyləyib.

Daha sonra digər zərərçəkmiş Mübariz Əhmədov dindirilib. O, mənzil almaq üçün pulu S.İbrahimovun özünə verdiyini qeyd edib: “Əvvəl Sahib mənzilin qiymətini 96 400 dollar dedi. Bu qədər pulumun olmadığını bildirdim. Sahib İbrahimov yarısını ödəyib, qalanı isə hissə-hissə verə biləcəyimi qeyd etdi. Növbəti gün ofisdə Sahibə 48 min 200 dollar ödədim. Sonra hər ay ödəməklə, ümumilikdə daha 20 min dollar pul verdim. 2017-ci ildə komendant mənə zəng edib “sənin burada mənzilin yoxdur” dedi. Mən də Sahibin yanına getdib bu barədə ona söylədim. O, mənə “sənə bir dəfə mənzil vermişəm, get evinə sahib çıx” dedi. Orda başqa nəsə qaranlıq söhnətlər var idi. Prokurorluğa şikayət edəndən sonra Sahib İbrahimov mənə başqa yerdən mənzil verdi. Xətaidəki binada mənə verilən mənzil də başqasına satılmışdı”.

O, S.İbrahimovdan şikayətçi olmadığını söyləyib.

Məhkəmənin növbəti prosesi 2019-cu ilin yanvarın 9-na təyin edilib.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıdakı 2 marşrut xəttində yeni avtobuslar istifadəyə verilib

Next Post

“Tədrisi ləzgi dilində olan 108, talış dilində olan 225 məktəb fəaliyyət göstərir” – PA rəsmisi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“Tədrisi ləzgi dilində olan 108, talış dilində olan 225 məktəb fəaliyyət göstərir” – PA rəsmisi

“Tədrisi ləzgi dilində olan 108, talış dilində olan 225 məktəb fəaliyyət göstərir” – PA rəsmisi

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.