"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hacı Məmmədovun bacısı danışdı: general həbsdən çıxa bilər

28 Noyabr 2015 - 10:29
in XƏBƏR LENTİ

“Qara Kəmər”in qara sirləri açılır; Həbsdəki qanqsterin bacısı sensasion müsahibə verib; “Hacı nə bilirsə, açıb deyəcək, hər şey ortaya çıxacaq”; məşhur arestantın istintaqı yenilənir; “içəri”dən xəbər göndərib: “Zakir Nəsibov günahsızdır, azad olunmalıdır”

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun işi üzrə istintaq yenilənəcək.

Bu haqda “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində Hacı Məmmədovun bacısı Arifə Məmmədova bildirib. A.Məmmədovanın sözlərindən aydın olub ki, artıq Hacı Məmmədova yeni vəkil tutublar. A.Məmmədova mətbuata hələlik açıqlama vermək istəmədiyini söyləsə də, bir neçə sualımızı cavablandırıb. Deyib ki, Hacı Məmmədovun özü də işin yenidən araşdırılmasını tələb edəcək:

– Hacı Məmmədova artıq vəkil tutmuşuq. O, işin yenidən araşdırılmasını istəyir.

– Vəkillə nə vaxt müqavilə bağladız?

– Dünən bağlamışıq. Qabaqda proseslər var. Hacı nə bilirsə, açıb deyəcək. Tələsməyin, hər şey ortaya çıxacaq.

– İşi yenidən araşdıracaqlar?

– Hə, yenidən istintaq araşdırması olacaq.

– Artıq vəkil Hacı Məmmədovla görüşüb?

– Aparıb sənədləri verib, gələn həftə Hacı ilə görüşəcək.

– Elçin Behbudov qəzetimizə açıqlamalarından birində demişdi ki, Hacı Məmmədov ailə üzvləri ilə görüşdən imtina edib. Nə vaxtdan sizinlə görüşmürdü?

– 3 ilə yaxındır ki, bizimlə görüşdən imtina edirdi. Telefonla da danışmırdı. Bizi görmək belə istəmirdi.

– Bəs nə vaxtdan görüşürsüz?

– Eldar Mahmudovu çıxardılar, görüşmək istədi. Əvvəllər isə qəti şəkildə bizimlə görüşdən imtina edirdi, deyirdi ki, zəhləm gedir hamıdan, heç kimi görmək istəmirəm. Hacı Məmmədov 3 nəfəri öldürübsə, baxın görün bunlar, Eldar Mahmudov nələr edib! Bunlara inam qalıb?

– Hacı Məmmədov məhkəmədə deyirdi ki, mən “osminoq”un bir qolu olmuşam. Başı kim olub?

– Mən çox şeyləri deyəcəyəm. Tələsməyin. Biz istəmirik ki, hələlik bunlar yazılsın. Gözləyin.

– Siz Hacı ilə görüşdə nədən danışdız?

– Köhnə işlərdən danışdı, dedi ki, Zakir Nəsirov günahsızdır, çıxmalıdır. Onu məcbur ediblər.

– Yalan ifadə verməyə məcbur ediblər?

– Özü hər şeyi açıb deyəcək.

– Dediklərini yazılı şəkildə baş prokurora, Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə verib?

– Vəkili gözləyir, yazıb verəcək. O istəyir ki, bütün bu məsələlər “ofisalnı” olsun. Hər şeyi açıb deyəcək.

– O dövrdə niyə demirdi?

– Necə desin? Ora yerdir? Özləri “julik”in böyüyü idilər. Hər şeyi açıb deyəcəyik.

– Hacı Məmmədova təzyiqlər var?

– İndi ona təzyiqi kim edəcək? 10 ildir ki, oradadır…

– Əvvəllər təzyiqlər vardı?

– Əlbəttə vardı. Onu bu illər ərzində təzyiq altında saxlayıblar orada. Hər şeyi bir-bir deyəcək.

– Vəkilini dəyişmisiniz, yoxsa həmin köhnə vəkildir?

– Bilmirsən ki, kim bu işə baş qoşursa, axırı ölümdür? Səməd Əliyev rəhmətə gedib. Başqa vəkildir. Biz Səməd Əliyev öləndən sonra ona vəkil tutmaq istəmişdik, özü imtina edirdi. Oğlu Teymur neçə dəfə MTN-ə zəng vururdu, deyirdilər ki, vəziyyəti yaxşıdır, amma sizi görmək istəmir, danışmaq istəmir, vəkil də istəmir.

– Belə məlumatlar var ki, bu yaxınlarda Hacı Məmmədov Elçin Behbudovla görüşmək istəyib. Bu haqda məlumatınız vardı?

– Hacı mənə zəng edib dedi ki, Elçin Behbudovla əlaqə saxla, ona de ki, təcili yanıma gəlsin. Mən də zəng elədim, Elçinə dedim. 2 gündən sonra Elçin Behbudov öldü. Hacının yanına gedə bilmədi. Sonra dedilər ki, ürəyi tutub, ölüb.

– Hacı Məmmədovun Elçin Behbudovla nə işi vardı?

– Bilmirəm. Mənə dedi ki, zəng elə, zəng eləyib dedim, o da 2 gündən sonra öldü.

– Sizcə, Elçin Behbudovun ölümü təsadüfdür?

– Dərddən ölüb də yəqin. Nə deyim.

– Hacı Məmmədovun sağlıq durumu necədir?

– Yaxşıdır, hər şey qaydasındadır.

– Ona yemək-içmək aparırsız?

– Bu gün (dünən-red.) aparacağıq. Əvvəl qəbul eləmirdi. Apardığımız yeməyi də qəbul eləmirdi. İndi deyir ki, gətirin.

– Hacı Məmmədovun Qobustan Qapalı Həbsxanasına köçürüləcəyi haqda məlumatlar var. Eşitmisiz?

– Eşitmişik. Amma köçürməkdən söhbət getmir.

– Bacınız oğlu Elçin Əliyev azad olunub?

– Keçən il buraxdılar. İndi xaricdə yaşayır.

– 2 il əvvəl sizə məxsus bağ əlinizdən alındı. Bundan Hacı Məmmədovun məlumatı var?

– Var, demişəm ona. Dedi ki, niyə bağı vermisən? Bağ sənin idi axı. O bağ atamın idi. 1990-cı ildə almışdı. Atamdan sonra anama qalmışdı. Anam da mənə vermişdi. Əlimdən aldılar. O ev mənim idi. “Kupça” da əlimdə idi. Ora Hacının heç bir aidiyyəti yox idi. Pasportumda indi də ora qeydiyyatdayam. Mən xaricdən gələndən sonra şəhərdəki evimi satıb gedib oranı təmir elədik, köçdük ora. Bunlar da tutub aldılar. O vaxt mən Eldar Mahmudovla bacara bilməzdim. Ona bağın alınmasını Cahangir Hacıyev tapşırıb.

– Niyə belə tapşırıq verib?

– Yəqin Hacıdan yoldaşına görə qisas alır. Başqa nə olacaq ki? Bağımın əlimdən alınması Eldar Mahmudovla Cahangir Hacıyevin işidir. 10 il bağı qoydular həbsdə. Sonra da götürüb verdilər dəxli olmayan bir adama. Bu gün mən küçədə qalmışam. Məhkəməyə də təzyiq edirdilər. Məhkəmə bizim iddia sənədlərini belə qəbul etmirdi. Zorla qəbul eləmişdilər.

Daşınar və Daşınmaz Əmlak Hərracının rəhbərinin əli ilə bağımı satdılar. Halbuki həmin bağı atam 1990-cı ildə almışdı. O bağda qeydiyyatda mən idim. Onlar bağı əlimdən aldılar və başqasına verdilər. Məndən bağı alanda bunları desəydim, özümü də Hacının yanına göndərərdilər. Hazırda mən evsiz kimi polisdə qeydiyyatdayam.

– Hacı Məmmədovun sağlıq durumu necədir? Görüşdə necə görünürdü?

– Yaxşıdır, normaldır. Şikayət eləmir. İstəyir ki, bu işlərin üstü açılsın. Mən hələlik heç nə danışmaq istəmirəm. Qoy vəkil onunla görüşsün. Hər şey bilinəcək.

A.Məmmədova deyib ki, başlarına gələnlərlə bağlı ətraflı şəkildə yazaraq istintaqa təqdim edəcəklər.

Qeyd edək ki, Hacı Məmmədov və digərləri 2005-ci il martın 10-da MTN-in keçirdiyi “Qara Kəmər” əməliyyatı zamanı həbs olunublar. 2006-cı ildən 2007-ci ilə qədər davam edən məhkəmə zamanı H.Məmmədov yarımçıq ifadələr verməklə, bir-birinə zidd olan fikirlər səsləndirib. Məhkəmənin keçirildiyi günlərdə mətbuatda onun həqiqəti gizlətməyə çalışdığı haqda çoxsaylı yazılar dərc olunub. Hacı Məmmədovun yarımçıq ifadələri ilə yaddaşlarda qalan məhkəmənin sonunda onun özü də daxil olmaqla, DİN-in keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər. Zamində olan 3 nəfərdən biri – İbrahim Bağırovun işi xitam edilib. Digər 2 nəfər – Azər Əliyev və Aqil Hüseynov isə 2 il şərti cəza alıblar. Onlar saxta sənəd hazırlamaqda, dələduzluq və sair bu kimi əməllərdə təqsirli bilinirdilər. Qalan 13 nəfərə isə 8 ildən 15 ilədək həbs cəzası verilmişdi.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğandan Putinə daha bir xəbərdarlıq – “Biz çağrılmamış qonaq gözləmirik”

Next Post

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bunu ancaq bizdə edə bilərdilər - Yol hərəkətində BİABIÇILIQ - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.