
Elchi.az-ın APA-ya istinadən məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasa jurnalistlər buraxılmayıb.
Hakim ancaq ailə üzvlərinin zala buraxılmasına göstəriş verib.
Prosesdə zərərçəkmiş şəxs iştirak etmədiyi üçün iclas noyabrın 8-nə təxirə salınıb.
Vəkil Cavanşir Məmmədov bildirib ki, Ə. Salahzadə özünü təqsirli bilmədiyini deyib.
Qeyd edək ki, Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.



