“Dostlar məni qınayacaqsız bilirəm. Ancaq əmin olun ki , tam səmimi deyirəm. Mənim Hadı Rəcəblidən heç bir asılacağım, qorxacağım yoxdur. Amma inanın ki, Milli Məclisdəki 125 nəfərin içərisində 5-10 ən çox işləyən, əziyyət çəkən varsa, onlardan biri Hadı Rəcəblidir”.
ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Etibar Hüseynov bildirib. Deputat qeyd edib ki, H.Rəcəbli Milli Məclisin ən ağır komissiyası sayılan Sosial- siyasət komissiyasına rəhbərlik edir:
“Amma, buna baxmayaraq, Hadı müəllim bir çoxlarından fərqli olaraq, seçicilərə və mətbuata hər zaman açıq olan birisidir. Məncə, bir ehtiyyatsız söyləntisinə görə onun üzərinə bu qədər getməyinə dəyməz. Üstəlik, o halda ki, yənidən açıqlama verib öz sözlərinə bir daha aydınlıq gətirdi. Amma, inanın ki, bu minvalla sonunda o da mətbuatla ünsiyyətinə son qoyacaq”, – deyə deputat vurğulayıb.
Millət vəkili bildirib ki, bu gün 125 deputatın onsuz da azı 100-ü mətbuatla ünsiyyətdən tam və ya qismən yayınır. Etibar Hüseynovun fikrincə, siyahını artırmağa dəyməz.



