Yaxın zamanda Xocavənd rayonunun Hadrut qəsəbəsində və Tuğ kəndlərində qazıntı işləri başlayacaq.
Elchi.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil edilmiş işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev “Xəzər İnşaat Həftəsi” çərçivəsində panel müzakirələrdə deyib.
“Növbəti mərhələdə yol-kommunikasiya işləri görüləcək, sonra isə evlərin və qeyri-yaşayış binalarının tikintisi həyata keçiriləcək”, – B.Hacıyev deyib.






