"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hafiz Hacıyevi öldürülmək istəyən kimdir?

02 İyun 2017 - 08:20
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

“Təhdidlərlə bağlı mühafizəmi gücləndirmişəm”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qaynarinfo.az saytına açıqlamasında həyatına olan təhlükədən bəhs edib. Partiya sədri bildirib ki, onu öldürmək istəyirlər: “Bilirsiniz ki, rüşvətxorlarla mübarizə apardığım üçün həyatım hər an təhlükədədir. Bu səbəbdən müəyyən dairələr də xəbərdarlıq ediblər ki, ehtiyatlı davranım. Açıq şəkildə prezidenti müdafiə etməyim bəzi qruplar, bəzi dairələrin xoşuna gəlmir. Ona görə də hər an çalışırlar ki, məni həyatdan götürsünlər.”
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan H. Hacıyev söyləyib ki, təhdid olduğu üçün mühafizəsini gücləndirib: “Son vaxtlar verdiyim açıqlamalar, xalqın fikirlərini yuxarılara çatdırmam bəzi şəxsləri, dairələri narahat edir. Ona görə də istəyirlər ki, üzərimə hücuma keçsinlər. Məsələn, hüquqşünas Aslan İsmayılov məni məhkəməyə verib. Deyir ki, guya onu təhqir etmişəm. Əslində isə təhqir yox, tənqid etmişəm. Gürcüstanda tutulanlar göstərdi ki, mən bu barədə bir neçə ay öncə dediyim fikirlərimdə haqlıyam. Rüstəm İbrahimbəyovun Gürcüstana gəlməsi, bizim partiya sədrlərinin gedib orada ən bahalı hotellərdə görüşlər keçirməsini mən daha öncə də bildirmişdim. Aslan İsmayılovu da məhz bu aspektdən tənqid etmişdim. İndi mənim üzərimə gəlir, məhkəməyə verir. Bundan başqa, bəzi məmurları da tənqid etdiyim üçün hakimiyyət daxilində də sözlərimdən narahat olanlar var. Onlar da çalışırlar ki, mənim başıma hansısa iş gətirsinlər. Hakimiyyətin daxilində müəyyən qüvvələr var ki, onlar isə mənim prezidenti açıq şəkildə müdafiə etməyimdən narahatdırlar. Bir sözlə, narahatlıq hissi ilə hamısı sanki baş qaldırıblar. Ölkə prezidentini onun ailəsini və ya digər şəxsləri təhqir edənlərə heç kim reaksiya vermir. Mən dillənəndə isə kimisə qabağa verirlər ki, Hafiz Hacıyevi məhkəməyə versin. Ancaq bütün bunlara baxmayaraq, heç də sakit oturası deyiləm. Yenə də ermənilərə işləyənləri ifşa edib, əlimdəki faktları açıqlayacağam. Bütün bu təhdidlərə görə mövcud olan mühafizəmi son zamanlar daha da gücləndirmişəm. Ancaq məni mühafizə edən şəxslərin kimlər olduğunu, onların harada dayandıqlarını söyləyə bilmərəm. Çünki mənə qarşı olan şəxslərin imkanları böyükdür, çalışarlar ki, onları da ələ alsınlar. Mənə qarşı olanlar bilsinlər ki, Hafiz Hacıyev küçədən keçən adam deyil. Hər halda, özümüzü qorumağı bacarırıq”.
Hafiz Hacıyev bildirib ki, bütün təhdidlərə baxmayaraq, partiya fəaliyyətlərini də gücləndiriblər və prezident seçkilərinə hazırlaşırlar: “Elçibəy hakimiyyəti dövründə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı işləmiş, Milli Şuranın üzvü olmuş Bağırov Rahim Yaşar oğlu partiyamızın sıralarına daxil olmaq üçün ərizə ilə müraciət edib. Artıq o, partiyaya üzv kimi qəbul olunub”.
H. Hacıyev söyləyib ki, yaxın zamanlarda mitinq keçirməyi planlaşdırırlar: “Bizdə mitinq komitəsi daimi fəaliyyət göstərir. Açığı deyim ki, bugünlərdə mitinq keçirməyi planlamışdıq və bunun üçün lazımi işləri də aparırdıq. Ancaq Azərbaycanda beynəlxalq yarışların keçirilməsi səbəbindən, bu planımızı bir qədər ertələdik. Buna baxmayaraq, indi də mitinqlə bağlı zəruri işlərimizi görürük. Azərbaycanının əleyhinə işləyən partiyaları ifşa etmək üçün çox böyük mitinqimiz gözlənilir. Biz onlara göstərəcəyik ki, stadionu necə doldururlar. Hər halda, Azərbaycanda müxalifətin nə olduğunu hər kəsə sübut edəcəm. Bəzi nazirlər var ki, onları da yola salacağam”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu kənddə qadınlar 7 ərlidir – Hər il bir ərindən hamilə qalırlar – FOTOLAR

Next Post

“Kurtlar Vadisi” qayıdır

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post

"Kurtlar Vadisi" qayıdır

Putini ortadan qaldıracaqlar - Rus ekspert

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.