"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hafiz Paşayev Türkmənistana nə üçün gedib?

03 Sentyabr 2014 - 13:56
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

img1628958Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universitetinin açılış mərasimində iştirak etmək məqsədi ilə Aşqabad şəhərində səfərdə olub.
İqtidar mətbuatında gedən məlumatlara əsasən, səfər çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Hafiz Paşayev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən qəbul edilib.
O, Türkmənistan Prezidentinə və qardaş türkmən xalqına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb. H.Paşayev səmimi qəbula və ikitərəfli dostluq münasibətləri ilə bağlı fikir mübadiləsinin aparılması üçün yaradılan imkana görə Türkmənistan dövlətinin başçısına təşəkkür edib.
Səfər çərçivəsində H.Paşayev Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, Xarici İşlər Nazirliyinin nəzdində olan Beynəlxalq Münasibətlər İnstitutunun rektoru B.Zaxırov ilə də görüşüb. Görüşlərdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə də iştirak edib.
Mətbuatda bu görüşün əsas səbəbi kimi İnkişaf Universitetinin açılış mərasimi göstərilsə də, heç şübhəsiz ki, Xəzər dənizi məsələləri də danışılmış ola bilər.
Belə ki, artıq bir neçə ildir ki, Xəzərin Azərbaycan sektorunda yerləşən, lakin Türkmənistan tərəfinin mübahisəli hesab etdiyi “Kəpəz” (Türkmənistan tərəfi onu “Sərdar” adlandırır) yatağına görə iki ölkə arasında hələ də soyuq münasibətlər var.
2012-ci ildə iki ölkə arasındakı münasibətlərin ən soyuq ili olmuşdu. Buna səbəb, 2008-ci ildə Azərbaycan və Türkmənistan prezidentləri arasında əldə olunmuş razılaşmaya əsasən, tərəflər Azərbaycan və Türkmənistan sektorlarının dibinin kəsişdiyi sahələrdə Xəzər dənizinin dibinin bölgüsü ilə bağlı məsələlər razılaşdırılmayana qədər kəşfiyyat və hasilatla bağlı heç bir fəaliyyət həyata keçirməyəcəklər. Bu razılaşma Türkmənistan tərəfindən pozularaq, Azərbaycan və Türkmənistan sektorlarının kəsişməsində yerləşən “Kəpəz” yatağında seysmik işlərin aparılmasına başlamaq cəhdi idi.
Türkmənistan və Azərbaycan arasındakı münasibətlər hazır ki, vəziyyətdə öncəki illərlə müqayisədə daha yaxşıdır. Türkmənistan bölgədə, ilk növbədə, dünya əhəmiyyətli zəngin təbii qaz ehtiyatları ilə tanınır. Status və Qərb investisiyalarına münasibətdə Türkmənistanın mövqeyi Azərbaycanın mövqeyi ilə oxşardır. Amma bu yalnız ümumi prinsiplərdə müşahidə olunur.
Lakin milli sektorların sərhədləri məsələsində iki ölkə arasında ciddi fikir ayrılıqları mövcuddur. Xəzərlə bağlı bütün regional və beynəlxalq proqramlara həvəssiz qatılan Türkmənistan tərəfi bu günün özündə də anti-Azərbaycan siyasətini davam etdirir. Hətta Türkmənistan bu səbəbdən Bakıdakı səfirliyinin fəaliyyətinə xitam verməkdən belə çəkinməmişdi (Hazırda Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekovdur – red.)
Aşqabad hələ də, Xəzərin statusu və neft-qaz kəmərləri məsələsində qeyri-dəqiq mövqe nümayiş etdirir. Bu isə Türkmənistanın regionda gedən proseslərdən kənarda qalmasına səbəb olur. Bununla belə, Türkmənistan hesab edir ki, əsas prinsip dənizin orta hissəsini ümumi istifadədə saxlamaqla milli zonaların müəyyənləşdirilməsi olmalıdır. Əvvəllər İranın təklif etdiyi kondominium (dənizin dibinin sahilyanı ölkələr arasında bərabər bölünməsi) Türkmənistanı qane edirdi. Amma sonradan Xəzəryanı dövlətlərin atdığı addımlar (karbohidrogen resurslarının istismar edilməsi ilə bağlı) Türkmənistanın da mövqeyinə təsir göstərdi.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Hafiz Paşayevin Türkmənistan səfərindən sonrakı addımları zaman göstərəcək.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiyada qeyri-adi dava – VİDEO

Next Post

Hüseyn Cavidin yaradıcılığı ilə bağlı müsabiqə keçirilir

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Hüseyn Cavidin yaradıcılığı ilə bağlı müsabiqə keçirilir

Gürcüstan Azərbaycanda axtarışda olan eks-məmuru həbsdən buraxdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.