İngiltərənin “Şeffild Uensdey” klubu azərbaycanlı müflis olmuş iş adamı Hafiz Məmmədovla sponsorluq müqaviləsini ləğv etdikdən sonra özü üçün yeni sponsor tapıb.
“Qafqazinfo” xəbər verir ki, klub rəsmiləri artıq komandaya kimin sahib çıxacağı yönündə apardığı işlərin bəhrəsini görüb.
Belə ki, tailandlı iş adamları 1-ci divizion (Çempionşip) təmsilçisi ilə yaxından maraqlanır. Yerli mətbuatının yazdığına görə, hazırda tərəflər arasında danışıqlar gedir. Əgər bu müzakirələr uğurla nəticələnsə, cənub-şərqi asiyalılar klubun yeni himayədarı olacaqlar.
Qeyd edək ki, Məmmədovun “Şeffild Uensdey”ə sahibliyi barədə iyunun 10-da bağlanan anlaşma, birincinin lazımi məbləğdə vəsaiti ödəyə bilməməsi səbəbindən qüvvədən düşmüşdü.



