Türkiyə xarici işlər naziri Hakan Fidanla britaniyalı həmkarı Devid Kemeron arasında Londonda görüş olub.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının nümayəndə heyəti bu gün Londonda səfərdə olub. Səfər zamanı Hakan Fidan həmkarları ilə birgə Devid Kemeron ilə görüşüb.






