
“Bu gündən etibarən Türkiyəyə müharibə elan eirik”. Bu barədə Beynəlxalq haker qrupu olan Anonymous bəyan edib. Haker qrupunun müraciəti barədə “Daily Mail” yazıb. Türkiyəyə qarşı kibermüharibə elan edən qrup son həftələrdə 40 min saytı sıradan çıxarıb.
“Türkiyə İŞİD-ə dəstək verir, ondan neft alır və döyüşçüləri müalicə edir” deyə bildirilən bəyanatla yanaşı videoçarx da yayımlanıb. Ərdoğanın İŞİD-ə dəstəyini davametdiyini bildiriən haker qrupu bununla mübarizə aparacağını deyib: “Əgər dəstək davam edəcəksə, bütün Türkiyə üzrə hücumlar ediləcək. İndi Türkiyənin taleyi öz əlindədir”.
Qeyd edək ki, Anonymous qrupu 2003-cü ildə yaradılıb. Onun lideri və rəhbər orqanı yoxdur. Hakerlər bütün dünyada etiraz əlaməti olaraq saytlara hücum edirlər. Bu hücumlar əsasən dövlət qurumlarına qarşı olur.



