“Qalatasaray”- “Trabzonspor” qarşılaşmasında hakim Dəniz Atəş Bitnelə qırmızı kart göstərən Salih Dursuna 3 oyunluq diskalifikasiya və 13 min lira pul cəzası verilib.
Bu barədə qərarı Türkiyə Futbol Federasiyasının nizam-intizam komitəsi qəbul edib.
“Trabzonspor”un qırmızı kart alan futbolçu Aykut Dəmir 3, Cavanday isə 2 oyundan diskalifikasiya edilib.




