Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Fərəc Kərimlinin işi üzrə təyin edilmiş hazırlıq iclası baş tutmayıb.
“Turan” bildirir ki, buna hakim Şəkər Məmmədovanın xəstəliyi səbəb olub. İclas qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə F.Kərimlinin hüquqlarını Müdafiə Komitəsindən bildirilib.
Qeyd edək ki, fevralın 19-da F.Kərimli dövlət vəkilinin xidmətindən imtina etdiyinə görə iclas başqa vaxta keçirilmişdi.
F.Kərimli iyulun 23-də saxlanılıb. İyulun 24-də məhkəmə onu üç ay müddətinə həbs edib. İyulun 17-də onun qardaşı Sirac Kərimli də həmin ittihamla həbs olunub.
Müsavat Partiyasında hesab edirlər ki, Kərimli qardaşları müxalifətçi fəaliyyətinə görə təqib olunurlar.



