"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hakimiyyətə işləməkdə suçlanan mühacir danışdı

21 Yanvar 2015 - 19:41
in XƏBƏR LENTİ

img1728632Rəşad Xasayoğlu: “Biz onlarla işləyirik, Heydər Əliyev Fonduna, Tale Heydərovun rəhbərlik etdiyi təşkilata, Mədəniyyət Nazirliyinə müraciət edib materiallar alırıq…”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Müsahibimiz Almaniya-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Xasay oğlu Quliyevdir. O, siyasi mühacir olaraq Avropada Azərbaycan hakimiyyətini dəstəkləməkdə və buna görə deport olunmaqda ittiham edildiyinə görə ölkə mətbuatının gündəminə gəlib. R.Quliyev isə deport olunmadığını, ona böhtan atıldığını deyir:

– İctimai fəaliyyətə 2004-cü ildə başlamışam. 2008-ci ilə kimi Beynəlxalq Avropa Hərəkatının Bakıdakı nümayəndəliyində icraçı direktor olmuşam. Hərəkatın mərkəzi ofisi Brüsseldə yerləşirdi. 2008-ci ildə Brüsselə getdim. Baş katib Henrik Kronerə bildirdim ki, bundan sonrakı ictimai fəaliyyətimi Avropada davam etdirmək istəyirəm. Avropa İttifaqı Yanında Avropa Sosial və İqtisadi Komitənin Cənubi Qafqaz üzrə nümayəndəsi Juliadla da görüşdüm. Bu adamlar Avropa Hərəkatının fəalı olaraq mənə kömək edəcəklərinə söz verdilər. O zaman Brüsseldə xaricilər idarəsi müraciətimizə baxdı və oturum verildi. Əsas onların müraciətləri götürüldü. Qeyd edim ki, heç bir siyasi partiyanın üzvü olmamışam və hazırda da deyiləm.

– Siyasi sığınacaqdan söhbət getmirdi?

– Xeyr. Sırf baş katibə xahişim olub ki, bizə oturum almağa kömək etsin. O da kömək etdi.

– Hansı əsaslarla?

– Avropa Hərəkatındakı fəaliyyətimizi əsas götürdülər.

 – Kronerin və Juliadın müraciətləri əsas götürldü? 

 

– Bəli. Xaricilər idarəsinə mənimlə bərabər hərəkatımızın xarici əlaqələr katibi Yusif Bayramova da oturum verildi.

– Sizə verilən oturumu siyasi sığınacaq adlandırmaq olar?

– Siyasi sığınacaq dediyiniz siyasi oturum bir neçə hissəyə bölünür. Məsələn, konkret siyasi fəaliyyətə görə verilmiş oturum var. Və ya fəaliyyətindən dolayı verilən oturum var. Humanitar əsaslarla verilən oturum da var.

– Siz oturum üçün müraciətinizdə Azərbaycanda təqiblərə məruz qalmanız haqda qeydlər vardı?

– Müraciətimdə bizə təqiblər var yazmamışam.

– Müraciətiniz yadınızdadır?

– Bəli.

– Sizə yönələn ittihamlarda oturum alarkən Azərbaycanda təqib edildiyinizi, oturum aldıqdan sonra isə Azərbaycan hakimiyyətini dəstəklədiyiniz qeyd edilir.   

– Bu adamlar elə düşünürlər ki, orada oturum almaq üçün mütləq təqib olunmalısan. Xeyr, belə deyil. Bəli, bu əsaslarla oturum alanlar çoxdur. O vaxt Avropa Hərəkatını parçalamaq istəyənlə, kimlərdənsə dəstək alıb üstümüzə gələnlər vardı. Amma oturum almaq üçün müraciətimizdə bunları əsas gətirmədik. Müraciətimizdə Azərbaycanda Avropa dəyərləri üçün mübarizə apardığımızı, bu dəyərlərin təbliği üçün çalışdığımızı və Avropada qalıb bu fəaliyyəti davam etdirmək istədiyimizi yazdıq. İndi bizə böhtan atanlar bunları bilməlidirlər.

– Atılan böhtan nədə ifadə olunur?

– Tutaq ki, biz siyasi oturum almışıq. Bu siyasi oturumun içində dini, siyasi, cinsi, milli azlıq kimi də şaxələr var.

– Konkret sizə oturumu hansı əsasla veriblər?

– Cenevrə Konvensiyasının oturum qaydasına görə bizə ictimai fəaliyyətimizə görə müddətsiz oturum verildi. Tam açıqlaya bilmirəm. Çünki bu sirr sayılır.

– Əsas kimi siyasi fəaliyyətiniz götürüldü?

– İctimai fəaliyyətimiz.

– Təqib olunmanız əsaslardan biri idi? 

– Söhbət təqibdən getməyib. Qoy desinlər ki, siyasi oturum alıb. Mən bu mübahisəyə girişmək istəmirəm. Vurğulamaq istəyirəm ki, bu adamlar şər atırlar. Bu söhbəti ortaya çıxaran jurnalistdir və deyir ki, bunu mənə dedilər və yazdım. Yazır ki, İlham Əliyev tərəfdarlarına qarşı təqib başladı. Bu gülüncdür. Mən Azərbaycanda demokratiyanın olmasını istəyən, tərəfdarı olan biriyəm. Bəzən belə böhtanlar atanda belə insanların cəzalandırılması vacib olur. Əgər mən deport olunsaydım pasportum əlimdə olmazdı. Avropada qayda belədir ki, tutaq ki, mənə çağırış gəlib və mən həmin çağırışlara getməmişəm. Bu halda evə polis göndərilir və məni saxlayıb sənədimi əlimdən alıb ölkədən çıxarırlar. Əgər şəxs gizlənirsə, oturumunun dayandırılması haqda bütün Avropa dövlətlərinə məlumat göndərilir. Pasport avtomatik olaraq heç bir yerdə keçərli olmur. Mənə pasport Belçikada verilib. Bu turist pasportudur və bununla Rusiya səfirliyinə gedib viza almışam.

– Sərbəst hərəkət imkanınız var? 

–  Bəli. Bu da vizadır. 2014-cü il noyabrın 12-nə qədər Moskva vizasını almışam. Sadəcə, anamın səhhətindəki problemlə əlaqədar geri dönə bilməmişəm. Berlindən qatara minib Moskvaya, oradan da Bakıya gəlmişəm. Səhhətim təyyarə ilə uçuşa icazə vermir deyə qatarla gəlmişəm.

– Azərbaycanda qalmanıza 3 aya qədər izn verildiyi halda sizə daha artıq müddətdə ölkədə qalmanıza şərait yaradıldığı deyilir. 3 ay nə vaxt tamam olub? 

– Mən Azərbaycan vətəndaşıyam. Sadəcə 2010-cu ildə Azərbaycanın xarici pasportunu itirdiyim üçün ölkəyə həmin pasportla gəlməmişəm. Əgər həmin pasportum olsaydı, o pasportla gələrdim və bu söz-söhbət yaranmazdı.

– Siz Almaniyadakı və ya Avropanın digər bir dövlətinin ərazisində sığınacaq alan azərbaycanlıların çevrələrində siyasi sığınacaq aldığınızı demisinizmi? 

– Deməmişəm. Avropaya gələnlərin əksəriyyəti belə gəlir. Mən müraciətimdə babalarımın Ermənistandan, Azərbaycanın Laçın rayonuna deportasiya olunduğunu, Laçın rayonun da ermənilər tərəfindən işğal edildiyini və ailəmin məcburiyyət qarşısında həmin rayonu tərk etməli olduğunu qeyd etmişəm. Atam Qarabağda şəhid olub. Səbəblər kimi bunlar və adını çəkdiyim  2 şəxsin müraciətləri əsas götürülüb. Mənə qarşı sadəcə qısqanclıq var. Belçikada yaşayanda Belçika-Azərbaycan cəmiyyətini qurdum. Azərbaycanın Müstəqillik günündə, 20 yanvar, Xocalı faciəsi ilə bağlı aksiyalar, simpoziumlar, dəyirmi masalar keçirdim. Mənə qarşı təbliğat da oradan başladı. Deyirlər ki, necə oldu ki, 2 ilin içində o bu cür işlər gördü. Bu adamlar üçün ağ nəsə yoxdur. Biz isə fond yaratmışıq və ora gələn azərbaycanlılara vəkil tutulmasında köməklik etmişik. Azərbaycan dilinin unudulmaması üçün kurslar, rəqs dərnəkləri təşkil etmişik. Hazırda Azərbaycandan olan 33 yaşına qədər insanların hekayələrini toplayırıq və alman dilinə tərcümə edib yayırıq. Bu gün Azərbaycanın bir dövlət idarəsi çıxıb desin ki, Alman-Azərbaycan Mədəniyyət Evinin bir proyektinə dəstək vermişik. Bütün bunları öz gücümüzə etmişik.

– Siz Fikrət Hüseynli və Avropada yaşayan digər azərbaycanlılara dəstək üçün müraciət etdiniz? 

– Xeyr, müraciətə əsas yoxdur. Elan veririk və hər yerdə yayılır. Vaxt vardı müsavatçılar gəlib bizim tədbirlərdə iştirak edirdilər.

– Siz həmin tədbirlərdə başınızın üstündən Azərbaycanın hazırkı və əvvəlki prezidentlərinin şəkillərini asırsınız?

“Azərbaycanda siyasi məhbusların olduğunu deyə bilmərəm…”

– Şəkilləri vurmuruq. Amma mərhum prezidentin şəkilini vururuq. Burada pis nə var? Necə ki, ingilislər Uinston Çörçilə hörmət edirlər, onun adına tədbir keçirirlər, ziyafət verir, anım tədbiri keçirilər, biz də elə edirik.

– Elçibəyin də şəkilini asırsınız başınızın üstündən?

– Bu təklifi irəli sürən olmayıb.

– İlk prezident Ayaz Mütəllibovun şəkilini asırsınız?

– Xeyr. Bizim təşkilatda qərarlar səs çoxluğu ilə qəbul olunur. İdarə heyətimizdə siyasi mühacirlər də, tələbələr də, bugünkü Azərbaycan hakimiyyətini dəstəkləyənlər də var.

– Yəni mühacirdirlər və Azərbaycan hakimiyyətini dəstəkləyirlər? 

– Yox, mühacir deyillər. İnvestisiya qoyub oturum alıblar.

– Deməli sizin təşkilatda olanlar daha çox siyasi mühacirlər yox, biznes adamlarıdır.

– Yox, kifayət qədər mühacir var.

– Təşkilatınızın maliyyə qaynağını açıqlaya bilərsiz?

–  500 üzvümüz var və 100-ə yaxını üzvlük haqqı ödəyirlər. Təxminən 600 manata yaxın üzvlük haqqı toplanır.

– Üzvləriniz arasında hazırkı Azərbaycan hakimiyyətində təmsil olunanların qohumları var? 

– Bəli. Orada yaşayan qohumları, tanışları və onlara bağlı adamlar var. Amma bizim təşkilat bütövlükdə onlara bağlı deyil. Bu günə qədər təşkilata bir ağsaqqal, Qarabağ döyüşçüsü, 14 il əvvəl ora gedib biznes quran şəxs yardım edir. 1 il 7 aydır ki, bütün proyektlərimiz, ofisimizin kirayələnməsi bu şəxs tərəfindən ödənilib. Adının açıqlanmasını özü istəmir.

–  Həmin şəxsin hazırkı Azərbaycan hakimiyyəti ilə əlaqələri var?

– Yox. O, Almaniya vətəndaşıdır. Dövlətin siyasətini dəstəkləyir. Qarabağdandır və hakimiyyətdəkilərlə heç bir qohumluq əlaqələri də yoxdur.

– Deyirsiniz ki, müraciətinizdə ermənilərin yaşadığınız Laçın rayonunu işğal etməsini yazmısınız və sizə oturum veriləndə əsas kimi götürülən səbəb də bu olub. Geri dönməniz sizə verilən oturumun ləğvi üçün əsas ola bilərmi? 

– Mən rəsmi formada Azərbaycanın Berlindəki konsulluğundan sənəd almışam.

– Təşkilatınızın fəaliyyət istiqaməti insan haqlarının müdafiəsini nəzərdə tutur? 

– Biz təşkilatı yaradarkən açıq yazmışıq ki, Azərbaycanın, Almaniyanın daxili məsələlərinə qarışmırıq. Əgər mən siyasi bəyanat versəm, Almaniya dövləti qarşısında cavab verməli olacağam.

– Azərbaycandakı siyasi məhbuslar probleminə münasibətiniz necədir? 

–  Mən Azərbaycanda həbs olunan şəxslərin siyasi məhbus olduqlarını deyə bilmərəm. Məsələn, Xədicə İsmayılla bağlı hökumət tərəf deyir ki, intihara çatdırdığına görə, müxalifət tərəf deyir ki, jurnalist araşdırmalarına, siyasi baxışlarına görə həbs olunub. Buna hüquq cavab verməlidir.

– İnsanlar siyasi baxışlarına görə həbs edilməlidirlər?  

– Siyasi fikirlərə görə insanların həbsinin tərəfdarı deyiləm. Biz dövlətimizi dəstəkliyirik və bunu gizlətmirik. Ermənistanda parlamentin yarısını güllələdilər, müxalifət partiyasının liderini bıçaqladılar. Siz indiyə qədər ermənilərin Avropa Birliyi qarşısında aksiya keçirməsini görmüsüz?

– Sizcə Ermənistanla hazırkı münasibətlərimizi əsas gətirib ölkədəki problemlər haqda danışmamalıyıq? 

– Bizə deyirlər ki, gedək Azərbaycan səfirliyini yumurta atəşinə tutaq. Biz niyə bayrağımız, gerbimiz asılan yeri yumurta atəşinə tutmalıyıq?

– Bu təklifi Azərbaycanda yaranmış vəziyyətə, insan haqlarının durumuna diqqəti cəlb etmək üçün edirlər? 

– Bəli, duruma diqqəti artırmaq üçün deyirlər. Amma bu yol deyil. Bizə böhtan atanlar neftin düşməsinə, Azərbaycana qarşı sanksiyaların tətbiq olunması məsələsinə sevinirlər. Bu nə dərəcədə düzgündür? Bizə deyirlər ki, siz niyə prezidenti müdafiə edirsiniz. İlham Əliyevin Fransaya səfəri zamanı ermənilər Ramil Səfərovun azad edilməsinə görə etirazlarını bildirir, meqafonlarla səslərini ucaldırdılar. Sarkisyanın Fransaya səfəri zamanı da biz ona etiraz etdik. Hər bir ailədə problem olduğu kimi bizə də problem var. Bu gün Almaniyada millətçilər var və onlar türk məhlələrinə girib dönərçiləri qətlə yetirilər.

– Cəzasız qalır həmin adamlar? 

– Yox, amma tapmadıqları da olur. Almaniya texnologiyalar dövlətidir və hər yerdə kameralar var. Harada nə demisənsə sabah gətirib onu sənə sübut edirlər.

– Azərbaycanda da hər küçədə kameralar var və Rafiq Tağını 22 kameranın “gözü” qarşısında qətlə yetiriblər. Qatil bu günə qədər tapılmır… 

– Bu xarici kəşfiyyat orqanlarının dövlətimizə qarşı təxribatı idi.

– Necə düşünürsüz, Almaniyada Cəzaçəkmə Müəssisəsində məhbus döyülərək öldürülsəydi, onu öldürənlər cəzasız qalardı?

– Əlbəttə yox.

– Amma Azərbaycanda 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayev işgəncə verilərək öldürülüb və heç kim cəzalandırılmayıb. Belə faktlar var və az deyil.

– Belə faktlar varsa, deməli araşdırma da aparılır. Mən qəzetiniz vasitəsi ilə Ədliyyə Nazirliyinə müraciət edərək tezliklə məhkumu öldürənlərin tapılaraq cəzalandırılmasının təmin olunmasını xahiş edirəm.

– Siz Azərbaycan siyasi hakimiyyətini dəstəkləyirsiniz?

– Biz Azərbaycan dövlətini dəstəkləyirik.

– Siyasi hakimiyyəti dəstəkləyirsiniz? 

– Bəli, əlbəttə ki. Çünki biz onlarla işləyirik. Heydər Əliyev Fonduna, Tale Heydərovun rəhbərlik etdiyi təşkilata, Mədəniyyət Nazirliyinə müraciət edib təbliğat materialları alırıq.

– Təşkilatınıza maliyyə dəstəyi də verilir? 

– Yox. Biz qərar vermişik ki, dövlətimizi, siyasi hakimiyyəti dəstəkləyirik. Ancaq müstəqil fəaliyyət göstəririk. Əsas şərt də maliyyə asılılığının olmamasıdır. Bizim bir amalımız var – Azərbaycanının xaricdə təbliğ edilməsi.

Qeyd edək ki, Fikrət Hüseynlinin facebook səhifəsində R.Xasayoğlunun Avropadan deport olunması haqda statusu belədir: “Hakimiyyəti dəstəkləyən diasporçuların oxuması xüsusilə vacibdir. İnformasiyanı 1-ci mənbənin özü ilə dəqiqləşdirmək imkanım olmadığından ictimailəşdirib dəqiqləşdirmək istədim.

Son günlər bir neçə mənbədən aldığın informasiyaya görə, 2011-ci ildə Belçika Krallığında siyasi sığınacaqla təmin edilmiş, əvvəl müxalifətçi olaraq fəaliyyət göstərən, lakin sonradan birmənalı olaraq Azərbaycan hakimiyyətinin təbliğatçısına çevrilən, Kölndəki Azərbaycan Mədəniyyət Evinin rəhbəri Rəşad Xasay oğlu Quliyevin siyasi statusu ləğv edilib və bu səbəbdən Belçika Krallığının tələbilə o, Almaniyadan təyyarədən qorxduğu üçün qatar vasitəsilə əvvəl Berlin-Varşava-Minsk-Moskva reysilə, Rusiyadan isə Moskva-Bakı qatarı ilə Azərbaycana deportasiya edilib. Xəbərdə bildirilir ki, Rəşad Quliyevin statusunun alınmasına səbəb onun sığınacaq haqda qanunları pozaraq müsahibəsində dediklərinin əksinə olaraq Azərbaycan hakimiyyətini dəstəkləməsi olub…

Bu deyilənlər doğrudursa, o zaman anlaşılır ki, Avropada Azərbaycan hökuməti tərəfindən təqiblərə məruz qaldığını əsas gətirərək sığınacaq, vətəndaşlıq və digər statuslar alanları da təhlükə gözləyir. Məqam çatanda onlarla bağlı da eyni addım atıla bilər. Bu gün Amsterdamda görüşdüyüm bir vəkil də sığınacaqla bağlı belə bir qanunun olduğunu dedi. Bildirdi ki, vətəndaşlıq alandan sonra da, əgər ilk dəfə sığınacaq istənilən dövlətin qurumlarına yalan danışıldığı ortaya çıxarsa, həmin şəxsin vətəndaşlığı və sığınacağı alına bilər. Nəticə olaraq aydınlaşır ki, Avropanı aldatdığını düşünən, sonradan hakimiyyəti ikiəlli dəstəkləyənləri heç də uğurlu aqibət gözləmir”.

E.MƏMMƏDƏLİYEV           

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Erməni ailəsini güllələyən rus əsgər yoxa çıxıb?

Next Post

Davosda Azərbaycan avtobusları – Foto

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Davosda Azərbaycan avtobusları – Foto

Azərbaycan vətəndaşları kreditlərin girovuna çevriliblər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.