"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hakimiyyət Əli İnsanov və Nemət Pənahlıya niyə qəzəblidir?

29 Oktyabr 2015 - 11:23
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Hakimiyyət Əli İnsanov və Nemət Pənahlıya niyə qəzəblidir?
 
Hər iki siyasi məhbusun yaxınlarının hüznünə buraxılmamalarına səbəb nədir? Sabiq nazirin qardaşının yasında iştirakdan imtinasının səbəbləri bilindi; həbsxana rəhbəri N.Pənahlıya nələr deyib?
 
Toğrul Vəkilov: “Mərasimdə iştirak etmək mümkün deyildi”
 
Həcər Pənahlı: “Kişilər var ki, düşmənçiliyi də, dostluğu da kişi kimi edirlər”
Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov və Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıya qarşı hakimiyyətin qəzəbli münasibətinin şahidi oluruq. Xüsusilə, bu hal partiya sədrinin ata-anasının, eləcə də, sabiq nazirin qardaşının yas mərasiminə buraxılmamalarında özünü daha qabarıq şəkildə göstərdi.
Qanunvericiliyə əsasən, məhkumun yaxını rəhmətə gedəndə 3-7 günlüyə yas mərasimində iştirak etməyə icazə verilir. İndiyə qədər siyasi məhbuslar Rauf Mirqədirov və Tofiq Yaqublu da bunun şahidi olmuşuq. Lakin Ə.İnsanov və N.Pənahlı da bunun əksini gördük. İqtidar bu şəxsləri bağışlamayacağı görkəmini yaradır.
 Bunun kökündə duran səbəblər nədir?
Ə.İnsanovun vəkili Toğrul Babayev oktyabrın 27-də verdiyi açıqlamada aidiyyatı orqanların sabiq nazirə qardaşının yas mərasimində iştirak etməyə icazə verilmədiyini bildirib. Lakin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti vəkilinin dediklərinin həqiqətə uyğun olmadığını bildirərək, sabiq nazirə qardaşının yasında iştirak etməyə icazə verildiyini, lakin onun özünün bundan imtina etdiyini açıqladı.
T.Babayev “Yeni Müsavat”a açıqlamasında Penitensiar Xidmətin barəsində dediklərinə və İnsanovun yas mərasimində iştirakdən imtinasına belə aydınlıq gətirdi: “13 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə əlaqə saxlayanda, oradan bizə dedilər ki, Əli müəllimin rejimi uyğun gəlmədiyinə görə, onu yas mərasiminə buraxmayacağıq. Həmin gün günorta saatlarında əlaqə saxladılar ki, yasda iştirak üçün iki saatlığa icazə verilir. Əli müəllim bildirdi ki, şəhərə getmək və qayıtmağın özü iki saat vaxt aparır, hüzndə iştirak etmək 5-10 dəqiqəlik olacaq. Hesab elədi ki, ona layiq olan görüş verilmir. Bu səbəbdən imtina etdi. Yas mərasiminə getmək vaxtının yarısı yolda gedəcəkdi. Heç cür mərasimdə iştirak etmək mümkün deyildi. “Nəsimi” bazarının yanında olan yas yerinə gəlməyin özü bir saatdan çox vaxt aparırdı”.
N.Pənahlının həyat yoldaşı Həcər Pənahlı bildirdi ki, hakimiyyətin qərəzli münasibətinin daim şahidi olublar: “Nemətə qarşı daim qərəzli münasibət göstəriblər. Onun həbsinin özü belə qanunsuzluqdur. Azərbaycanın istiqlal tarixində bu qədər önəmli yer tutmasına baxmayaraq, onun haqqında çox ədalətsiz qərarlar verilib. Neməti bu 5 ildə həbsdə qalması yox, ata-anasının yasına buraxılmaması yandırdı. Bu qərar edilən bütün haqsızlıqları kölgədə qoyur. Çox insafsız, ədalətsiz qərar idi. O günlər yadımdadır. Nemətin ata-anası rəhmətə gedəndə bütün günü cavab gözlədik. Təsadüfən də hər iki hadisədə mən Nemətin yanında idim. Yəni, ata-anası rəhmətə gedəndə. Onunla üz-üzə oturub, keçirdiyi halları görmüşəm. Yuxarıdan qərar verilmədi. Açığı Əli İnsanovun iki saatlığa qardaşının hüznünə buraxılmasına icazə verilməsinə də təəccüb etdim”.
Partiya sədrini həyat yoldaşı onun ata-anasının hüznünə buraxılmamasının səbəblərini açıqladı: “ Bilirlər ki, Nemətin haqq olan yerdə çəkinəcəyi heçnə yoxdur. Hərəkat dövründən tanıyırlar. Siyasi məhbus kimi, belə faciələrdə azadlığa qısamüddətliyə buraxılma olanda, məhbus azadlıqda susacağı barədə söz verir. Amma bildilər ki, Nemət belə etməyəcək. Onun susmaq bacarığı yoxdur. Hətta o vaxt həbsxana rəhbəri Ərşad müəllimi, məhz Nemətlə insaflı davrandığına görə işdən çıxardılar. Ərşad müəllimin özü Nemətə demişdi ki, səni buraxmaq fikirləri var idi, amma yasa çox adam gəldiyinə görə azad etmədilər. Həqiqətən də minlərlə insan hüznə gəlmişdi. Hazırda ölkədəki siyasi proseslərdə yaşananlar vaxtı ilə Nemətin dedikləridir. Artıq ölkə başçısı da həqiqətləri görür. Ona görə bu qədər cinayətlərin üstü açılır. Nemət bunları millətini, dövlətini sevdiyindən deyirdi. Nədənsə o deyəndə, ağzını bağlayıb türməyə saldılar. Gec-tez çirkablar üzə çıxacaq. Millətini sevən insanların əksəriyyəti hazırda həbsxanadadır. Bu gün olmazmı ki, bu günahsız insanları azad edib dinləsinlər. Elə kişilər var ki, düşmənçiliyi də kişi kimi edirlər, dostluğu da. “Qarlı Aşırım” əsərindəki Kərbəlayi İsmayılın ölkədən qaçarkən hamilə gəlinini öz oğlunu öldürən şəxsə əmanət etdiyini düşünmək lazımdır. Həbsxanalara dostluğu və düşmənçiliyi kişi kimi edənlər var. Söhbət dövlət məsələsindən gedəndə digər şəxsi münasibətləri düşünmək lazım deyil. Necə ki Nemət belə insandır. Gec də olsa, heç olmasa indi bu insanlar barəsində düşünsünlər. Hazırda hakimiyyətin daxilində yaşananlar həbsxanada Nemətin başına gəldi. Haqsızlığa etiraz etdi, Qobustana saldılar. Bəlkə bu şəxslər haqqında da prezidentə səhv məlumatlar çatdırılıb. Araşdırmaq lazım deyilmi?”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft yenidən bahalaşıb

Next Post

Qorqud Ata Universiteti və BDU arasında Memorandum imzalanıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Qorqud Ata Universiteti və BDU arasında Memorandum imzalanıb

Nazirə şeir yazan şair: “Məddahlıqdan uzağam, 40 adama şeir həsr etmişəm”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.