"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hakimiyyət müxalifətə qarşı daha da sərtləşəcək – Razi Nurullayev

24 Dekabr 2015 - 10:26
in XƏBƏR LENTİ

images_razi nurullayev

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Neftin qiymətinin düşməsinə ancaq əbləhlər sevinə bilər. Çünki, qiymət düşdükcə, yüzlərlə sosial layihələr dayanır, maaşlar azalır və hökumət daha da sərtləşir. Sərtləşdikcə də bir zərbə məmura dəyəndə, ikisi də xalqa dəyir”.
Bunu neftin dünya bazarında qiymətinin kəskin ucuzlaşmasına münasibət bildirən Azərvaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib. Sədr qeyd edib ki, bu gün artıq bir çox özü ayaq üstə durmağı bacaran kiçik və böyük şirkətlər fəaliyyətini dondurub:
“Neftin qiymətdən düşməsinə sevinmirəm və bunu ölkəmiz üçün fəlakət hesab edirəm. Baxın, görün nə qədər özü ayaq üstə durmağı bacaran kiçik və böyük şirkətlər fəaliyyətini dondurub. Minlərlə kiçik podratçı və sub-podratçılar da evinə çörək apara bilmir. Buna görə sevinmirəm. Amma, sevinənlər var. Elə başa düşürlər ki, neft qiymətdən düşdükcə, onların hakimiyyətə gəlmək şansları artır. Nə Əli Kərimli, nə də Milli Şura və nə də onlar kimi düşünən digərləri heç bir zaman hakimiyyətə yiyələnə bilməzlər. Təfəkkür sıfırdır, sıfır olaraq da qalacaq. Neft zaman-zaman qalxıb və enib. Amma, məhz, bu qalxma və enmə nəticəsində hakimiyyət dəyişikliyi görməmişəm.
İraqda neft var. Amma, İraq hakimiyyəti neftin ucuzlaşmasının yox, rəhbəriyin özünə vurğunluğunun qurbanı oldu. Səddam Hüseyn böyük danışdı, böyük iddialar irəli sürdü və sonda isə yanlış qərar verib böyük güclərlə döyüşməyə qalxdı.
Venesuelanın nefti var. Amma, onilliklərlə Hüqo Çavesi yıxmaq istəsələr də o yıxılmadı və xalqının sevimlisi olaraq qalırdı. Onu hakimiyyətdən xəstəlik apardı. Bu gün isə onun siyasətini Maduro aparır. Nə Liviya, nə İran, nə də digər neftlə bol olan ölkələr neftin və ya qazın ucuzlaşması nəticəsində hakimiyyət itirməyib”.

R. Nurullayev qeyd edib ki, neftin və qazın ucuzlaşması, həmçinin ölkəyə tətbiq edilən sanksiyalar fonunda hakimiyyət dəyişikliyi, demokratik, azad və şəffaf seçki keçirən ölkələrdə mümkün ola bilər:

“1979-cu ildən İrana qarşı sanksiyalar tətbiq edilib. Neft bu illər ərzində qalxıb bə enib, əlavə olaraq İran sanksiyalar üzündən neftini sata da bilməyib. Nə baş verib? O nəinki yıxılmayıb, hətta Qərbin başını o qədər qatıb ki, onlar milyardlar xərcləyiblər ki, elə özlərinin hakimiyyətə gətirdiyi İran mollalarının rejimini yıxsınlar. Amma, yıxa bilmədilər.
Liviya diktatoru Müəmmar Kaddafini ucuz neft yıxmadı. Amma, o yıxılana qədər 40 ildən çox hakimiyyətdə qaldı. Bu gün isə Liviya xalqı yenə də azad və firavan deyil. Müammar üçün burunun ucu göynəyir. Çünki, yıxdığı rejim qurduğu rejimdən daha mütərəqqi idi.
Neftin və qazın ucuzlaşması fonunda hakimiyyət dəyişikliyi, demokratik, azad və şəffaf seçki keçirən ölkələrdə mümkün ola bilər. Amma, Azərbaycanda neftin ucuzlaşması hakimiyyət dəyişikliyinə gətirə bilməz. Əksinə, hakimiyyəti müxalifətə qarşı daha qəddar olmağa və onun bütün imkanlarını məhdudlaşdırmağa sövq edəcək. Bunamı sevinirsiniz?”
AXCP sədri sonda, “Boğulan saman çöpündən yapışan kimi, indi də başınızın altına ucuz neftlə doldurulmuş yastıq qoyursunuz” deyə bildirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Müsəlman ailə ABŞ təyyarəsinə buraxılmadı

Next Post

2015-ci ildə Azərbaycanda 76 hərbi qulluqçu dünyasını dəyişib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

2015-ci ildə Azərbaycanda 76 hərbi qulluqçu dünyasını dəyişib

Susmağın cəriməsi artdı - 300 manatdan 500 manata qədər cərimə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.