"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Hakimiyyətlə heç bir danışığım olmayıb”

16 Yanvar 2015 - 19:55
in SİYASƏT

Həsən Kərimov Avropa Məhkəməsinin barışıq təklifini qəbul etməsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

hesen_kerimovAXCP sədrinin müavini Həsən Kərimov Azərbaycan hakimiyyəti ilə barışmaqla bağlı Avropa İnsan Hüquları Məhkəməsinin təklifini qəbul edib. Bu günlərdə həmin barışıq məhkəmədə rəsmiləşdirilib. Qərara görə, Azərbaycan hökuməti şikayətçinin hüququnun pozulmasını etiraf edir, ona mənəvi zərərə görə 7500 avro, vəkil xidmətinə görə isə 1000 avro ödəyir.

Həsən Kərimov “Azadlıq” radiosuna deyib ki, bu şərtlərlə razılaşmağa partiya rəhbərliyi ilə məsləhətləşdikdən sonra qərar verib:

“2-3 ay öncə Avropa Məhkəməsindən məktub gəlmişdi ki, hakimiyyət orqanları mənimlə barışmaq istəyir və münasibət bildirməyimi istəyirlər. Mən də dedim ki, hakimiyyət orqanları buraxılmış səhvləri etiraf etsə, razı olaram. Bu şərtlərlə razılaşdım. Bu məsələdə mənim hakimiyyətlə heç bir əlaqəm, danışığım olmayıb. Məsləni Avropa Məhkəməsi özü həll edib. Qərarı özbaşıma verməmişəm. Məsələni öncə partiyada məsləhətləşdik və qərara gəlindi ki, səhhətimi nəzərə alaraq təklifi qəbul edim”.

Həsən Kərimov 2010-cu il parlament seçkilərində namizəd olduğu 29 saylı seçki dairəsindəki pozuntularla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişdi. Barışıq qərarı da bu şikayətlə əlaqədar qəbul edilib.

 

DOQQUZ İL GECİKDİRİLƏN QƏRAR

Amma Həsən Kərimov eyni dairədən 2005-ci ildə də deputatlığa namizəd olub və seçkidə qanun pozuntularla bağlı Avropa Məhkəməsinə şikayət edib. Bu şikayətlə bağlı Avropa Məhkəməsinin daha bir qərarı da 9 il sonra – keçən ilin sentyabrında çıxarılmışdı.

Həmin qərar əsasən Azərbaycan hakimiyyəti pozuntulara görə 10 min avro cərimələnib. Həsən Kərimov bu qərarı yumşaq hesab edir. O deyib ki, qərarın 9 il gecikdirilməsi və nəticədə də onun fikrincə, “yumşaq qərar” çıxarılmasında Azərbaycan hakimiyyətinin təsiri olub.

Həsən Kərimov deyib ki, sonuncu barışıq təklifini qəbul etməsində də əvvəlki şikayəti üzrə gec və onu qane etməyən qərarın qəbulu rol oynayıb: “Həmin dairə çox əhəmiyyətlidir. Prezident və onun ailə üzvləri burada səs verirlər. 2005-ci il seçkilərində protokollarda 32 məntəqənin 29-da mənim xeyrimə nəticə göstərilmişdi. Bu mənim deputat seçilməyim demək idi. Hakimiyyət bu məhkəmədə uduzacağı təqdirdə biabır olacaqdı. Ona görə də bütün gücü qoyub qərarı gecikdirməklə bu məsələnin əhəmiyyətini azaltdılar. Biz gözləyirdik ki, hakimiyyətdən mənim 5 il deputat maaşımın ödənilməsi tələb olunacaq. Ancaq, çıxarılan qərarda hakimiyyət 10 min avro cərimələnmişdi. Sonuncu şikayətimlə bağlı da vəziyyət eynidir. Nəticə təxminən eyni olacaq. Buna görə də hakimiyyətin səhvlərini etiraf etməsi şərti ilə barışmaq təklifinə razı oldum”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Anar Nağılbaz: “Mənə dedilər ki, Rəsulun üzünə durmasan…”

Next Post

Şəki cəbhəçiləri həbs edildi

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Şəki cəbhəçiləri həbs edildi

Merkel Putini sammitə dəvət etməyəcək

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.