"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Hamı istəyirdi ki, oğlu Rövşən kimi olsun` – Deputat (FOTOLAR)

18 Avqust 2016 - 20:34
in SEÇMƏ XƏBƏRLƏR

 

Bunu da oxuyun

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

Xəbər verdiyimiz kimi, azərbaycanlı məşhur avtoritet Rövşən Canıyev (Lənkəranski) ötən gün Türkiyədə silahlı hücuma məruz qalıb. Canıyev və sürücüsünün olduğu avtomobil naməlum şəxslər tərəfindən gülləbaran edilib. Lənkəranski ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycanda şok effekti yaradan qətlin kimlər tərəfindən törədilməsi ilə bağlı artıq ilkin versiyalar irəli sürülüb.

“Rosbalt” agentliyinin yaydığı məlumata görə, Lənkəranski “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun həbsindən sonra baş verən kriminal münaqişənin qurbanı olub.

“Onlar Şakro Molodoyun Aslan Usoyan (Ded Xasan) və Tariyel Oniani (Taro) arasında olan münaqişə ilə əlaqədar “qanuni oğru” tituluna qoyduğu qadağını ləğv ediblər. Rövşən Lənkəranski məhz bu fəallığın qurbanı olub” – deyə agentliyin Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yaydığı xəbərdə qeyd olunub.

Hələlik Lənkəranskinin kimin sifarişi ilə qətlə yetirilməsi dəqiq bilinmir. Qətldə “Şakro Molodoy”un əlinin olduğu ehtimal olunur. Çox güman ki, Aslan Usoyanın intiqamını almaq üçün bu qətl törədilib.

Məlumat üçün bildirək ki, Rövşən Lənkəranski Aslan Usoyanın qətlinin sifarişçisi hesab olunurdu. Usoyanın öldürülməsindən sonra qruplaşmalar arasında bir neçə dəfə qanlı toqquşmalar baş vermişdi. Bundan öncə də Lənkəranskiyə bir neçə dəfə sui-qəsd cəhdi edilmişdi.

Rövşən Lənkəranski kimdir?

Caniyev Rövşən Rafiq oğlu (Rövşən Lənkəranski). 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində dünyaya gəlib. O, “oğru dünyası”nda “Rövşən Lənkəranski” kimi tanınır. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R. Canıyev cinayət məsuliyyətindən azad edilib.

Rövşən Lənkəranski 2009-cu ilin dekabrında Ukraynada həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya edilib. Dövlət ittihamçısı R. Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.

İtaliya məhkəməsi də Rövşən Lənkəranski barəsində beynəlxalq axtarış elan edib. Bu səbəbdən o soyadını dəyişərək Əliyev edib. İtaliya məhkəməsi onu mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilib.

Millət vəkili Fəzail Ağamalı qətlədən hələ xeyli əvvəl AzVision.az-a verdiyi müsahibəsində qohumu Rövşən Lənkəranski ilə müsbət fikirlər səsləndirib, onun ədalətli insan olduğunu demişdi.

Həmin müsahibədən maraqlı məqamları oxuculara təqdim edirik:

“Bəzi adamlar elə düşünürlər ki, Rövşən Lənkəranski qəddardır, başkəsəndirlər. Amma o, elə insan deyil. Rövşən haqsızlığa yol verməyən insandır. Onun haqqında söylədiyim fikirlərin hamısını çox ciddi demişəm. Mən özüm millət vəkiliyəm. Fikirlərimdə hər hansı bir epitet, şişirtmə yoxdur. İstəyirəm ki, hər kəs Rövşən Lənkəranskinin kifayət qədər hörmətə, rəğbətə layiq olduğunu bir daha görsün. Hər bir Azərbaycan övladı ona hörmət etməlidir. Çünki Rövşən Azərbaycanı çox istəyir”.

Lənkəranski ilə qohumluğu haqda F.Ağamalı bildirib: “O, mənim qardaşım qızının qaynıdır. Rəhmətlik qardaşım da, mən də Rövşən atasının intiqamını məhkəmədə alan zaman onun yanında olduq. Onu müdafiə etdik. Rövşən bu hərəkətlərə görə zərrə qədər həyəcan keçirmirdi. Azərbaycan xalqı Rövşənin bu hərəkətinə dəstək verdi. Məhkəmədə atasının intiqamını alan 17 yaşlı bir gənc hamı tərəfindən rəğbətlə qarşılandı. Hamı istəyirdi ki, oğlu Rövşən kimi mərd olsun. Çünki o, atasının intiqamını almışdı. Hamı onun düzgün hərəkət etdiyini söyləyirdi. Ola bilsin ki, bu hərəkət hüquqi dövlətdə başqa bir fikir ifadə edə bilər. Atasının ölümünə görə sarsıntılar keçirən bir uşağın fürsəti əldən verməmək şansını sadəcə düşünmək lazım idi. Rövşən hədsiz dərəcədə ədalətli adamdır, hər zaman haqqın yanındadır. O, heç vaxt haqqı nahaqqa qurban verməyib”.

Depuatat sözügedən müsahibəsində söyləyib ki, Rövşən Lənkəranski heç vaxt oğlunun onun yolu ilə getməsini istəməyib: “Rövşən öz oğlunu da, ailəsini də çox istəyirdi. Rövşən ailəsinə bağlı insan idi. Onun atasının intiqamını məhkəmə zalında alması hər şeyə sübutdur. Demək ki, Rövşən rəhmətlik atasına və anasına bağlı olduğu kimi bu gün ailəsinə, bacı-qardaşına, eyni zamanda qohumları və ətrafındakılara, dostlarına da son dərəcədə səmimi münasibət bəsləyib və onlara başucalığı gətirən övlad olub. Rövşən Lənkəranski heç vaxt haqsız, ədalətsiz bir addım atmayıb. Bu, onun ən üstün cəhətidir.

Heç vaxt arzulamıram ki, Rövşənin oğlu onun yolu ilə getsin. Arzu edirəm ki, Rövşənin oğlu atasının arzuları ilə böyüsün. Rövşən özü də istəməzdi ki, oğlu onun yolu ilə getsin. O, övladı haqda daha fərqli fikirdə idi. O, övladının təhsil almasını istəyirdi. Rövşən müxtəlif ölkələrdə yaşayan azərbaycanlılara həmişə dəstək olub, onların haqq işini müdafiə edib”.

Müsahibənin tam variantını BURADAN oxuya bilərsiniz.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rövşən Lənkəranskini kim öldürdü? — Şok iddia

Next Post

SOCAR: Ai-92 markalı benzinin idxalı müvəqqətidir

Bənzər yazılar

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

19 Fevral 2024 - 20:25

COP29 konfransı qlobal iqlim müzakirələrinin ön sıralarında uşaqlara və gənclərə yer verilməsi baxımından Azərbaycanın aparıcı rol oynaması üçün xüsusi fürsət...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

29 Avqust 2021 - 23:58

Əli Əliyevin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı irəli sürdüyü ittihamlara BAXCP sədrinin müavini Əli Həziquliyev Xalq Cəbhəsi.az saytında cavab...

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

26 Avqust 2021 - 11:48

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Elchi.az saytının baş redaktoru Əli Həziquliyevin Publika.az-a müsahibəsi: - Əli bəy, Əli Həsənovun intim...

Next Post

SOCAR: Ai-92 markalı benzinin idxalı müvəqqətidir

Artıq səbr daşı çartlayıb - Baxçalı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.