Şotlandiyada hamilə arvadını sönmüş vulkandan itələyərək öldürməkdə təqsirli bilinən şəxs ömürlük həbs cəzasına məhkum edilib.
Elchi.az xəbər verir ki, 29 yaşlı Kaşif Ənvər 2021-ci ilin sentyabrında yürüş zamanı həyat yoldaşı 31 yaşlı Fawziyah Cavedi Edinburqdakı qədim vulkan olan Arturun oturacağından itələyərək öldürüb.
Kaşif Ənvər həyat yoldaşının ona çırpılaraq yıxıldığını iddia edib.
Edinburq Ali Məhkəməsində bir həftə davam edən məhkəmə prosesindən sonra münsiflər heyəti həmin şəxsin müdafiəsini qəbul etməyib.
İngiltərənin Lids şəhəri yaxınlığındakı şəhərdən olan Ənvər ən azı 20 il ömürlük həbs cəzasına məhkum edilib.
Məlum olub ki, Caved yıxıldıqdan dərhal sonra ölməyib və insanlara ərinin onu itələdiyini deyə bilib.
Şayəstə




