"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hamını narahat edən məsələyə aydınlıq gəldi

21 Yanvar 2015 - 14:09
in SOSİAL

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

aÖlkəyə gətirilən mobil telefonların qeydiyyata alınmamasının səbəbi bilindi

Son vaxtlar elektron ticarət yolu ilə ölkəyə gətirilən cihazlar, mobil telefonlarala bağlı ciddi problem yaranıb. İddia olunur ki, sosial şəbəkələr vasitəsilə sifariş edilərək poçt vasitəsilə çatdırılan elektron cihazlar yerli operatorlar tətəfindən qeydiyyata alınmır. Bununla bağlı redaksiyamıza bir neçə müraciət və şikayət də daxil olub.

Apardığımız araşdırma zamanı məlum oldu ki, bu məsələdə anlaşılmayan məqamlar var. Ekspertlər hazırda ölkədə mobil telefonların qeydiyyatı ilə bağlı problemin olmadığını vurğulayıblar. Bunun üçün mobil operatorlara 5 manat rüsum ödənilir və İMEİ kod bazasına daxil edilir. Beləliklə, həmin cihazın ölkədə işlənməsi təmin olunur.

İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) üzrə ekspert Cahid İsmayıloğlu ANS PRESS-ə bildirib ki, xaricdən elektron ticarət vasitəsilə sifariş verilən cihazlar ölkəyə poçt vasitədilə göndərilir. Poçtla göndərilən malları vergi, gömrük orqanları o qədər də yoxlaya bilmir və o mallar vergi, gömrük rüsumuna cəlb olunmur. Yəni xaricdən kütləvi şəkildə sifariş verilən və gətirilən cihazların dövlət rüsumuna cəlb olunması mümkünsüz hala gəlir. İndi Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi poçtlara nəzarəti artırmağı düşünür. Onlar sifarişlərin kütləviliyini nəzərə alaraq, bunu müşahidə edərək bunun qarşısını almağa çalışır.

Onun sözlərinə görə, indi mobil operatorlarla bağlı problem yoxdur. Beş manatlıq rüsumu ödədikdən sonra mobil operatorlar İMEİ kodu bazaya daxil edir və onun ölkədə isyifadəsini reallaşdırır. Məsələn, vətəndaş xaricdən özünə telefon alıb özü ilə gətirirsə, operator bunu İMEİ kodu ilə bazaya daxil etməyə məcburdur. Bu məsələdə operatorlara irad tutmaq doğru deyil. Yəni vətəndaşın cihazı hansı yolla gətirməsi önəmli deyil.

Amma operatorlar bəzi cihazların, o cümlədən lisenziyası olmayan, əsasən Çin istehsalı olan mallara İMEİ kodu vermir. Çünki onun ölkədə işlədilməsi qadağandır. Yəni müəyyən radiasiya məsələləri var, yaxud mobil cihaz standartlara uyğun gəlmir deyə ona İMEİ kod bazasına daxil etmir və nəticədə vətəndaş şikayət edir.

Ekspert deyib: “Burada əsas məsələ odur ki, poçtla göndərilən sifarişlərdən bəzi vətəndaşlar sui-istifadə edirlər. Yəni kimsə ucuz qiymətə 20 mobil cihaz sifariş verib, gətirib onu baha qiymətə satır. Bunlar əsasən sosial şəbəkələr vasitəsilə, elektron həyata keçirilıir. Bir sözlə, mobil telefon alan vətəndaş hətta satan şəxsin üzünü belə görmür.”

C.İsmayıloğlu yaranmış problemdə monopolyanın da rolunun olma ehtimalından söz açıb: “İndi ölkəyə mobil cihaz gətirən şirkətlər, şəxslər buna diqqət yetirməyə başlayıblar. Ölkəyə kütləvi şəkildə telefon gətirilməsi təbii ki, bazara təsir göstərir. Ümumiyyətlə, son bir ayda ölkəyə elektron ticarət yolu ilə yanılmıramsa 6-8 min mobil cihaz gətirilib. Bunun çoxu eyni ünvana göndərilib. Hər hansı şəxs evdə oturub internet vasitəsilə sifariş verir, bir müddətdən sonra gedib poçtdan götürür, üstünə pul qoyub satır. Nə vergi, nə də gömrük rüsumu ödəyir. Asan gəlir əldə edir. Bu biznesi təşkil edən şəxslər, kütləvi sifariş verənlər vergidən, gömrükdən yayınmaq üçün müxtəlif bicliklər işlədirlər.

O, çıxış yolu kimi təklif edib ki, ölkədə elektron ticarətə vergi tətbiq edə bilmirlər. Bu da problem yaradır. İndi elektron ticarətlə məşğul olan saytların, sosial şəbəklərdəki müəyyən səhifələrin monitorinqi aparılmalı, onlar aşkarlanıb məcburi vergiyə cəlb etməlidirlər. Belə olmasa, vergidən müxtəlif yollarla yayınma yenə olacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə dəfələrlə bildirib ki, zavod istehsalı olan və saxta olmayan telefonların qeydiyyata alınmasında heç bir problem yoxdur. Saxta, sex istehsalı olan telefonlar qeydiyyata alınmır. Telefonun unikal İMEİ nömrəsi standarta uyğun gəlmədikdə, qeydiyyata alınması mümkün olmur. Bu kod 15 rəqəmdən ibarət, Beynəlxalq GSM Assosiasiyası tərəfindən tərtib edilmiş rəqəmlərdir. Bu rəqəmlər uyğun olmadıqda, qeydə almaq mümkün deyil.

Xatırladaq ki, Mobil cihazların qeydiyyat sistemi (MCQS) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində yaradılıb. Şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirilərək istifadə olunan hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır.

ANS PRESS

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Davudoğlunun erməni səhvi

Next Post

317 kiloluq ana (FOTO)

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

317 kiloluq ana (FOTO)

Ev yıxan dərmanlar

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.