"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Haqsız rəqabətin ən böyük forması elə inhisarçı fəaliyyətə, inhisarçı mövqeyə malik olmaqdır”

20 Oktyabr 2023 - 13:15
in MANŞET

Qüdrət Həsənquliyev: “Elə bir mexanizm yaratmalıyıq ki, iqtisadiyyatın əsas sahələrində rəqabət yaradılsın”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Mərhum prezident Heydər Əliyevin məşhur bir sözü var idi, deyirdi ki, “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Möhtəşəm qələbəni də məhz Ermənistanla müqayisədə daha güclü iqtisadi potensiala malik olmağımıza görə əldə edə bilmişik. Sözsüz ki, həm də düzgün xarici siyasət yürütməklə”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsləndirib.
Millət vəkili əlavə edib ki, əlbəttə hamımız bilirik ki, bizim iqtisadiyyatımız neft sektorundan çox asıldıır: “Son illər İqtisadiyyat Nazirliyinin qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımları şəxsən yüksək qiymətləndirirəm. “Rəqabət Məcəlləsi”ni də təqdir edirəm və işçi qrupun üzvlərinə öz minnətdarlığımı bildirirəm. Amma bir neçə təklifim bvar. Birincisi 8-ci maddə ilə bağlıdır-rəqabət orqanı. Hörmətli Tahir Mirkişili öz çıxışında rəqabət komissiyasının formalaşması ilə bağlı qeyd elədi. Ümumiyyətlə mən, hesab edirəm ki, rəqabət orqanının özü çoxpartiyalılıq prinsipi əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən formalaşdırılmalıdır. Bu halda daha effektli fəaliyyət göstərə bilər. Bundan başqa yenə də Tahir müəllim bazarda hökmran mövqe ilə bağlı qeyd elədi ki, təsərrüfat subyekti 50 faizdən çox bazar payına malik olduqda o, hökmran mövqe tutmuş hesab olunur-15-ci maddədə. Hesab edirəm ki, “Antiinhisar fəaliyyəti haqqında” qanunda biz qeyd eləmişik ki, təsərrüfat subyektinin bazarda payı 35 faizdən çox olmamalıdır. Yəni bunu da Tahir müəllimin dediyi kimi, 40 faiz yox, 35 faiz götürsək daha düzgün olar. Yəni faizləri eyniləşdirsək. Bundan başqa 19-cu maddədə haqsız rəqabətin formaları ilə bağlı fikrimi bildirmək istəyirəm. Biz bilirik ki, dəfələrlə hörmətli iqtisadiyyat naziri də öz çıxışlarında qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətində, yaxud inhisarındadır. Burada haqsız rəqabətin formaları sadalanır. Amma haqsız rəqabətin ən böyük forması elə inhisarçı fəaliyyətə, inhisarçı mövqeyə malik olmaqdır ki, düşünürəm ki, bu da burada öz əksini tapmalıdır. Bu məcəllədə də elə bir mexanizm yaratmalıyıq ki, bu iqtisadiyyatın əsas sahələrində rəqabət yaradılsın. Yəni bunlar dövlətin mülkiyyətindədirlər. Bunlar ilk öncə özəlləşdirilməli, sonra isə bir neçə yerə parçalanmalıdır ki, onların bazarda payı 35 faizdən çox olmasın. Bundan başqa yeri gəlmişkən, mən, hörmətli Elnur müəllimin (İqtisadiyyat nazirinin müavini Elnur Əliyev) burada olmasından istifadə edib, demək istəyirəm ki, təkcə iqtisadi mexanizmlərlə qeyri-neft sektorunun sürətli inkişafına nail ola bilməyəcəyik. Mən vaxtilə mətbuatda da bu məsələyə diqqət yetirmişdim ki, Azərbaycanda ümumiyyətlə Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilməlidir. Bu iqtisadi fəaliyyətlə əlaqədar olaraq cinayət işlərinin istintaqı, yaxud qanun pozuntuları ilə bağlı daxil olmuş məlumatların araşdırılması yalnız Vergilər Nazirliyinə həvalə olunmalıdır. Hüquq mühafizə orqanlarına bu barədə hər hansı məlumat daxil olarsa, onlar, o materialları iqtisadi sfera ilə birbaşa bağlı olan sahələrə göndərməlidirlər. Özləri bu sahədə araşdırmalar aparmamalıdırlar. Bundan başqa qaçaqmalçılıqla əlaqədar əgər hər hansı qanun pozuntuları ilə bağlı istənilən dövlət orqanlarına daxil olan məlumatlar isə Dövlət Gömrük Komitəsinə göndərilməlidir. Rusiyada artıq bu istiqamətdə qərar qəbul olunub. Bu istiqamətdə prezident tərəfindən müvafiq dövlət orqanlarına göstəriş verilib. Hesab edirəm ki, Azərbaycanda da belə bir addımın atılması iqtisadiyyatımızın inkişafına öz müsbət təsirini göstərə bilər”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İsraildə Məscidül-Əqsada cümə namazı üçün yaş tələbi

Next Post

Temperatur 24 dərəcəyə yüksələcək

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Sabah hava necə olacaq?

Temperatur 24 dərəcəyə yüksələcək

Fələstin prezidenti Baydenlə danışmaqdan imtina edir

Fələstin prezidenti Baydenlə danışmaqdan imtina edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.