Filippinin paytaxtı Manilada hava limanında elektrik enerjisinin kəsilməsi səbəbindən 46 reys təxirə salınıb.
Filippinin paytaxtı Maniladakı Ninoy Aquino Beynəlxalq Hava Limanının üçüncü terminalında yerli vaxtla saat 01:05 radələrində elektrik enerjisində fasilə yaranıb . Hava limanında bir çox reysdə gecikmələrin yaşandığı, fasilə səbəbindən 46 reysin ləğv edildiyi bildirilib. Ləğvlərdən ən az 9 min sərnişinin təsirləndiyi öyrənilərkən, ləğv edilən uçuşların hamısının daxili reyslər olduğu ifadə edildi.
Elchi.az İHA xəbər agentliyinə istinadən xəbər verir ki,Manila Beynəlxalq Hava Limanının İdarəsindən (MIAA) verilən açıqlamada, terminalda səbəbi hələ müəyyən edilməmiş texniki nasazlığın baş verdiyi qeyd edilib. Elektrik kəsilməsi səbəbindən uçuş sistemlərində müvəqqəti fasilə yarandığı bildirilən açıqlamada MIAA ləğv və gecikmələrdən təsirlənən sərnişinlərdən üzr istəyib.
Texniki qrupların nasazlığı aradan qaldırması nəticəsində hava limanında elektrik enerjisinin təxminən 8 saat sonra bərpa olunduğu öyrənilib.
Nuranə Məmmədova






