
Sabah bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 5-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-12˚, gündüz 16-20˚ isti olacağı gözlənilir.
Mayın 5-də Azərbaycanın bölgələrində də bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14˚, gündüz 16-21˚, dağlıq ərazilərdə gecə 2-6˚, gündüz 7-12˚ isti olacağı gözlənilir.



