Həkimlər xəbərdarlıq edir – heç kimi buna məcbur etmək olmaz, əks halda…
Payız, qış fəsli girəndən etibarən dünya insanını ən çox təəccübləndirən kəskin soyuq havada qalın paltara bürünənlər yox, soyuq, buzlu suda çimənlər, dənizə girənlər olur. Hər biri bu seçimi barədə videolar çəkdirir, onu yayır və bunu sağlam həyat tərzinin atributu adlandırırlar.
Azərbaycanlılar arasında da bunu edənlər az deyil. Hətta az-çox tanınan adamlar da soyuqda dənizdə çimirlər. Məsələn, bu yaxınlarda Aydınlar Partiyasının funksioneri Qorxmaz İbrahimli də sosial şəbəkədə soyuq havada dənizdə üzdüyünü əks etdirən fotolar paylaşıb.
Bəs tibb elmi nə deyir, hər adam qışın soyuğunda dənizə girə bilərmi?
Alimlər müəyyən ediblər ki, ümumiyyətlə, dənizə girmək hər mövsüm gerçəkləşə biləcək bir şey deyil. Təbii ki, bu qayda hamı üçün keçərli deyil. Çünki hər zaman dənizə girə bilməyi vərdiş halına gətirə bilmiş insanlar mövcuddur. Yay aylarında hamı rahatlıqla dənizə girdiyi halda, qışda bunu etmək cəsarət istəyir. Yaz aylarında dənizin istiliyi fərqli ola bildiyi halda, payızda dəniz suyu daha isti ola bilir.
Qeyri-isti fəsillərdə dənizə girmə məsələsində israrçı olan insanların soyuğa qarşı dözümlü olması vacibdir. Bundan başqa, qışda dənizə girəcək insanların başda ürək xəstəlikləri olmaqla, sağlamlıq problemlərinin də olmaması lazımdır.
Qışda dəniz suyunun aşağı temperaturda olması bədənin fərqli reaksiyalar verməsinə səbəb ola bilər. Orqanizmin öncə öyrəşdirilərək soyudulması və ardınca bu sürəcin yavaş bir şəkildə hiss edilməsi lazımdır. Qış aylarında suyun temperaturunda bədənin şoka girməsi ani verilən reaksiya olduğundan, sağlamlıq problemi olan insanların belə bir seçim etməməsi lazımdır. Qış ayında dənizə girərkən istifadə olunacaq geyim isə qapalı üzücü geyimləridir. Bu qiyafələrin bədəni qoruması və istilikləri mühafizə etməsi hər zaman seçim səbəbi olmaqdadır. Dənizə girilərkən isə öncədən bədən su ilə isladılmalı və suya girmədən yavaş və özünüzdən arxayın bir şəkildə hoppanmağınız lazımdır. Əgər bunu hobbi olaraq edirsizsə, yarım saatdan artıq suda dayanmamaq lazımdır. Professional olaraq dənizdə üzmək və yarışlarda olmaq istəyənlər üçünsə bədənin öncədən isidilməsi lazımdır.
Buzlu sudan öncə adaptasiya – amma isti suda yox…
Amma internetdə bu mənzərələri görən heç də hər kəs buzlu suya girə bilməz. Ürək-damar xəstələri, epilepsiya, beyin sklerozu, şəkərli diabet, tənəffüs yolu xəstəlikləri (vərəm, ağciyərin sətəlcəmi, bronxial astma) olan şəxslərin qışda suya girməsi məsləhət deyil.
Bundan başqa, soyuq hava deyib, heç də hər yerdə dənizə girmək olmaz. Bunun üçün uğurlu yer tapmaq lazımdır. Yəni daha öncədən bu yer yoxlanılmalıdır. Amma insanlar bəzən qışın oğlan çağında, yerdə qar qalın olanda buzlu suya girməyə cəhd edirlər. Bu zaman isə əsas şərt odur ki, buzlu su 1,8 metrdən dərin olmasın.
Buzlu suya girmədən öncə geyim məsələsində xüsusi həssaslıq nümayiş etdirmək lazımdır. Belə ki, suya qədər gedən yolda ya rezin ayaqqabı, ya da yun corab geyinmək lazımdır. Çünki suya öyrəşənə qədər ayaqları birdən-birə ağır yük altında qoymaq olmaz. Bundan başqa, çayın kənarında yun hamam xalatı, isinmiş dəsmal da saxlamaq məsləhətdir.
Buzlu suya girmədən öncə az da olsa isinmək məsləhətdir. Amma çox da isti suda yox. Əks halda, soyuq suya adaptasiya mümkün deyil. Bundan başqa, suya baş vurmaq istəyən adam isinmək üçün öncədən qısa gimnastik hərəkətlər etməlidir. Bədən isti, amma tərsiz olmalıdır.
Xristian dini mərasimlərində insanlar buzlu suya baş vururlar. Həkimlər deyir ki, heç də hamı buzlu suya baş vurmalı deyil, ancaq bədənini orda imtahandan keçirə bilər. Neyçün ki, yaş saçla qarlı havada mənzilbaşına sağlam, problemsiz çatmaq az qala mümkün deyil. Sudan çıxan kimi saçları qurutmaq isə praktik baxımdan imkansız görünür.
Ən maraqlı məqam isə eyforiya ilə bağlı olandır. Müşahidəçilər deyir ki, buzlu suya girən bir çox insanlar ilk saniyələrdə eyforiyaya qapılır. Sonu gəlməz sevinc hissi yaşayır, bu da onları suda 4-5 dəqiqə qalmağa vadar edir. Bu qəfil sevinc hissi isə Allahın bir hədiyyəsi deyil, sadəcə, bədəndə soyuğun təsiri ilə gedən kimyəvi proseslərin nəticəsidir. Endorfinlərin təhriki ilə suda çox qalmaq isə sağlamlıq üçün birbaşa riskdir.
Kimisə buna məcbur etməyin, əks halda, ölüm qaçılmazdır
Soyuq su ancaq fiziki fəsadla nəticələnmir. Rusiya Səhiyyə Nazirliyinin apardığı araşdırmalara görə, hətta suya girməmiş qorxudan dünyasını dəyişənlər də olur. Suya girib, onun soyuqluğunu bədənində hiss etmədən qorxu impulsu ürəyə ötürülür. Bir çox hallarda bu, insult, infarkt keçirmiş insanlar üçün ciddi fəsadlar törədir.
Ona görə də ilkin məsləhət belədir – heç kimi buzlu suya girməyə məcbur etməyin. İnsan psixoloji cəhətdən hazır olmamış bu addımı atmamalıdır. Digər tərəfdən, tərəddüd edənlər üçün də suda qalma zamanı çox qısa olmalıdır. Suya girdin və çıxdın. İlk dəfə üçün bu, bəsdir. Üzməyə, digərləri ilə rəqabət aparmağa əsla ehtiyac yoxdur.
Bu mənada idmançıların işi yaxşıdır. Onlar suya daxil olan kimi beyinlərinə də siqnal ötürülür. Sən soyuq suya girmisən, dərhal isinməlisən. Dərhal mərkəzdən orqanizmin digər hissələrinə qan axını güclənir, adrenalin yüksəlir, soyuqdan qorunma instinkti sürətlənir. Bu zaman da bədəndən dərhal buxar çıxır.
O ki qaldı çimmədən əvvəl və sonra yeyilib-içilənlərə, bununçün də özəl məsləhətlər var. Sudan çıxanlar mütləq isti çay, kofe ya da şorba içməlidir. Bunları çimməyə gedərkən termosda aparmaq məsləhətdir. Və hər şeydən əvvəl insan belə suya girmədən əvvəl öz orqanizminə güvənməlidir. Əgər buzlu suya girmək sizdə dəhşət hissi yaradırsa, bir daha düşünməyə dəyər – görəsən, bunu edimmi?
Yox, əgər kimsə orqanizminə həddən artıq güvənib, buzlu suya girirsə və ardınca ciddi fəsadlar yaşayırsa, bunun üçün də çıxış yolları var. Məsələn, tutaq ki, soyuq suda donanların dərhal bədəni göyərir, nitqi tutulur, bədəni hərəkətsizləşir. Bu, onun soyuq su imtahanından çıxmadığına işarədir. Təcili yardım maşını gələnə kimi xəstənin bədənini qurutmaq, quru və isidilmiş paltar geydirmək, bədənini masaj eləmək lazımdır. Bütün bunlardan sonra azca da olsa özünə gələn xəstəyə isə mütləq isti çay vermək lazımdır. Yox, bunlar fayda vermirsə, o zaman həkim müdaxiləsi şərtdir.