“Uzun müddәt әrzindә neft qiymәtlәrinin yüksәk olması müxtәlif ölkәlәrin iqtisadiyyatı şaxәlәndirmәk vә iqtisadiyyatı daha inkişaf etdirmәk kimi mәsәlәlәrә diqqәt etmәmәyә sövq edir”.
APA-nın mәlumatına görә, bu sözlәri London şәhәrinin Lord meri Alan Yarrou Bakıda keçirdiyi mәtbuat konfransında deyib.
A. Yarrou qeyd edib ki, Azәrbaycanda Neft Fondunun yaradılması vә neft gәlirlәrinin idarә olunması ona müsbәt tәsir bağışlayıb. “Hazırda hökumət topladığı vәsait vasitәsi ilә iqtisadiyyatda müәyyәn dәyişiklik etmәyә qadirdir. Şaxәlәndirmә, dünya iqtisadiyyatına inteqrasiya kimi mәsәlәlәrә daha çox diqqәt etmәk lazımdır”.



