"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Heç bilirsən sən nə … Aslansan?

03 Yanvar 2017 - 13:11
in Cebhe-banner, SEÇMƏ XƏBƏRLƏR, SİYASƏT, XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Sağ olsun Elçin Zahiroğlu. Danışdırdı bu gədəni. Müsahibədə qoyulan sualların bəzilərində hadisələrin xronoloji ardıcıllığı pozulsa da, ümumən müsahibənin birinci hissəsi pis alınmayıb. Bəzi nüansları çıxmaq şərtilə qoyulan suallarda jurnalist bitərəfliyi qoruna bilib. Niyə Elçinə sağ ol deyirəm? Hələ ötən dəfə bu Aslan yenə də üstümüzə nərildəyəndə cavab yazmaq istəyirdim. Məsələyə Prezidentin köməkçisi Əli Həsənovun da adını qatması məni bir qədər fikrimdən daşındırdı. Fikirləşdim ki, cavabım düzgün anlaşılmaz. Baxmayaraq ki, Niyaməddin Orduxanlı və Taleh Şahsuvarlı adama layiq olduğu cavabı vermişdilər… Onda da adımı çəkmədən bir ağız … . Nəsə danışmışdı. İndi birbaşa adımı çəkdiyindən məcburam.

Beləliklə, əvvəlcə qeyd etdiyim pozulan xronoloji ardıcıllığa diqqət yetirək. İlk müsahibəni “Yeni Müsavat” qəzetinə mənim də üzvü olduğum BAXCP sədri Qüdrət Həsənquliyev verib. Sonra Rusiya hökuməti “adından” İlham Rəhimli elə həmin qəzetdə Qüdrət bəyi təhqir edən, aşağılayan cavab verib. Bundan sonra Qüdrət Həsənquliyev o adamın cavabını verib. Və sonra Aslan səhifəsi açılıb. Bu gədə  özünün FB səhifəsində  arxasından çıxmalı olan şeyləri ağzıyla edib. Təbii ki, cavabını da alıb. Və niyəsə sentyabrın əvvəllərində aldığı cavaba görə dekabrda təhqir olunma iddiası ilə məhkəməyə müraciət edib.   Əcəba bu adama təhqir olunduğu üç ayamı çatdı? Niyə bəs üç ay sonra? Bir azdan… Hələliksə qayıdaq adamın müsahibəsinə.

Deyirsən: –  “Mən özümü İlham Rəhimovdan qat-qat üstün sayıram. Mən dəyərimi bilən kişiyəm”.  Və dərhal quşladığının fərqinə vararaq başlayırsan girməyə. Ancaq başa düşmək istəmirsən ki, girmək istədiyin yer sən qafalı adamlar tərəfindən çoxdan tutulub. Boş  yeri isə adamın əti ilə dırnağı arasında qalıb ki, ora da elə sənin mahiyyətinə uyğun biçilib.

Sonra: – “Mən kiməsə qulluq edəsi olsaydım, elə gedib ölkənin Prezidentinə qulluq edərdim”. – Özün də dəfələrlə bildirirsən ki, prezidentlə görüşübsən. Sual olunur, bu iqtidarla hansı formadasa əlaqədə olmaq qəbahətdirsə, o zaman prezidentlə görüşdə nə edirdin? Yoxsa FB-də boğazının boş yerinə salıb yazdıqlarını prezidentə deməyə getmişdin. Niyə boynuna almaq istəmirsən ki, özünlə apardığın dosyelər heç nəyə yaramadığından səni “almadılar”? Vitrində çox qalıbsan və iddia etdiyindən çox ucuzsan qağa…

Sonra: – “Mənim aqressiyam Qüdrətə yox, onu danışdıran adamlara idi ki, qardaş düz eləmirsiz”. – Əvvəla Qüdrət Həsənquliyev mənim bildiyim qədərincə öz sözü olan və demək istədiyini deməyi bacaran millət vəkilidir. İkincisi isə burada söhbət Qüdrət Həsənquliyevin nəyi deməyindən gedir. Adam deyir ki, Rusiya Qarabağı qaytararsa Azərbaycan Gömrük və Avrasiya ittifaqına üzv ola bilər. Lap götürək ki, bu dövlətin mövqeyidir və sənin iddia etdiyin kimi Qüdrət Həsənquliyev də dövlətin sözünü Putin müəllimə çatdırır. Sənin Müdafiə elədiyin professorun nə borcuna qalmışdı? Kimə qarşı gəlirdi “milli qəhrəmanınız” İlham Rəhimli – Qüdrət Həsənquliyevə, yoxsa sənin təbirincə desək Qüdrət Həsənquliyevin sözünü dediyi dövlətə, onun başçısı İlham Əliyevə?

 

Ermənilərlə müqayisə edirsən: – “ Öz təbliğləri üçün bütün vasitələrdən, bütün imkanlardan istifadə edirlər. Gedib Kim Kardaşyanı gətirirlər. Fahişə gəlib Ermənistanın prezidenti ilə görüşdü və milli qəhrəman oldu. Niyə belə etdilər? Ona görə ki, ondan müəyyən məsələlərin təbliği üçün istifadə edə bilsinlər. Onlar fahişəni milli qəhrəmana çevirirlər, biz isə”…  Öz aramızdı, burda quşu lap gözündən vurubsan. Ancaq hələ də sənə çatmayıb ki, Elçibəydən bu yana Azərbaycan iqtidarları siyasətdə Kimlərdən (!) istifadə etməyib?

Və burda boynuna al ki, quşlayıbsan: – “Mənim elədiklərimin 99 faizi balalarıma, bir faizi millətimə görədir”.- İfadə sənindir. Saxtakar olduğunu özün də təsdiq edirsən. Bəs hər yerdə bar-bar bağırırsan ki, millətinə xidmət edirsən? Biz tərəflərdə bir deyim vardı – … qoy üstündən yel əssin.

Yenə yalan danışırsan: – “Düzdü, məni söyənlərin hamısını vermişəm məhkəməyə. Amma məhkəmələr də sifariş alıb, iddialarımı müxtəlif bəhanələrlə götürmür”. – Gözünün içinə qədər yalan danışırsan. Mənim məhkəmə prosesimin biri keçirilib, növbəti də ayın 13-ü saat beşdə olacaq. Görəsən nə qədər ləyaqətsiz olmalısan ki, bu qədər ağ yalanlar danışasan?

Yenə özünü böyük … sayırsan: –  “Məni  öldürəcəklər”. Ardıyca da:  “Bu gün məni söyənlərin hamısını alın siyahıya. Yadda saxlayın. 20 ildən sonra onların harda olduğuna da baxarsız, mənim də” … 20 illik proqnoz verirsən. Məşhur filmdə deyildiyi kimi bunun bir adi var –  q…rabiltel!

…İndi qayıdaq təhqir olunduğunu niyə üç ay sonra başa düşməyinə: –  “İlham Rəhimli ilə  görüşəndə dedim. O isə dedi ki, əşi boş ver, məhkəmə söhbətləri boş seydi”. Ardıyca da sənə bir informasiya sızdırdı ki, guya Moskvanın adamı kimi Azərbaycan prezidentinin 1-ci vitsesi o olacaq. Odur ki, dərhal bizi məhkəməyə verməklə özünü bacardığın qədər həm gündəmdə saxlamaq istəyirsən həm də…

Heç bilirsən sən nə … Aslansan?

Əli Həziquliyev

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İstanbuldakı terror aktını təşkil edən şəxsin ailəsi saxlanılıb

Next Post

DİN-dən meyitləri tapılan əcnəbilər barədə Açıqlama

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Next Post

DİN-dən meyitləri tapılan əcnəbilər barədə Açıqlama

Terrorda yaralanan 2 azərbaycanlıdan yeni xəbər var

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.