"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“HEÇ KİMİN ŞÜBHƏSİ OLMASIN”

06 Oktyabr 2015 - 09:43
in aktual-banner, GÜNDƏM

Mikayıl Rəhimov: “MSK-ya ünvanlanan bütün şikayətlər, narazılıqlar dəyərləndiriləcək”

3 gündür parlament seçkisində iştirak üçün tələb olunan sənədlərin dairə seçki komissiyalarına təqdim edilməsi müddəti başa çatıb. Ancaq namizədlərin qeydiyyata alınması prosesi oktyabr ayının 9-na kimi davam edəcək. DSK-lar tərəfindən namizədliyi qeydə alınmayan onlarla şəxs isə şikayət ərizəsi ilə Mərkəzi Seçki Komissiyasına müraciət ediblər.
Seçkiyə hazırlıq prosesi və namizədliyə iddialı olan şəxslərin qurumdan narazılığı ilə bağlı “Şərq”in suallarını cavablandıran Mərkəzi Seçki Komissiyasının sədr müavini Mikayıl Rəhimov hər bir şikayətə tək-tək baxıldığını və işin dəqiqliklə araşdırıldığını deyib…
– Mikayıl müəllim, MSK-nın seçkiyə hazırlığı hansı səviyyədədir?
– MSK seçkiyə çox ciddi və təşkilatlanmış şəkildə hazırlıq görür. Nəinki təkcə mərkəzi seçki komissiyaları, bütün seçki qurumları sistemi, yəni məntəqə seçki komissiyalarından və dairələrdən tutmuş MSK-ya qədər demək olar ki, parlament seçkisinə tam hazırdır. Qanunvericiliyin tələb etdiyi formada bütün seçki komissiyaları yüksək səviyyədə formalaşdırılıb. Komissiyaların iş qrafiki tutulub, təqdim planı hazırlanıb. Elə bu plana uyğun olaraq da prosesi davam etdiririk.
– Namizədliyi qeydə alınmayan şəxslər quruma şikayət edirlərmi? MSK onların narazılığını dəyərləndirirmi?
– Namizəd olmaq istəyən şəxslərdən bizə çoxlu şikayətlər daxil olur. Komissiya tərəfindən bütün şikayət ərizələrinə baxılır. Qanunvericiliyin müəyyən elədiyi müddət ərzində quruma ünvanlanan bütün şikayətlər, narazılıqlar dəyərləndiriləcək. Heç kimin bundan şübhəsi olmasın.
– Narazı namizədlər iddia edirlər ki, DSK-larda çalışan şəxslər onların şikayətini düzgün dəyərləndirmirlər. Bununla bağlı nə deyə bilərsiz?
– Əgər mərkəzi və dairə seçki komissiyalarında şikayətlərə baxılma vaxtının bilərəkdən yubadılması faktı aşkar olunarsa, bu hal müvafiq dairə komissiyası üçün ciddi məsuliyyət yaradır. Ona görə də qurumlara daxil olan hər narazılığa, şikayətə vaxt itirilmədən baxılır və tez zamanda cavab verilir. İndiyə kimi hansısa nöqsana yol vermiş olsaydıq, namizədlik iddiasında olan narazı şəxslər bizi məhkəməyə verərdi və haqqımızda tədbir görülərdi. Prosesə məhkəmələr qoşulmayıbsa, deməli, MSK və digər seçki komissiyaları öz vəzifələrini obyektiv şəkildə yerinə yetiriblər.
Bütün şikayətlərə vaxtlı-vaxtında baxılır və ərizəçilərə müvafiq orqanlarda cavab verilir.
– Qeydiyyata alınan və ya alınmayan namizədlərin dəqiq sayı müəyyən olunubmu?
– Hələ proses davam edir. Bizdəki son məlumata görə, hələlik 1001 nəfərin namizədliyi qeydə alınıb. Sənədləri qeydiyyata alınmaq üzrə olan kifayət qədər namizədlər də var. Dairə seçki komissiyaları tərəfindən namizədlərin qeydiyyata alınması prosesi oktyabr ayının 9-na kimi davam edəcək. Həmin tarixdən sonra isə yekun rəqəmlər və nəticələr açıqlanacaq.
– “Exit-poll”la bağlı MSK-ya müraciət edənlər varmı?
– Məndə olan məlumata görə, indiyədək seçkidə müşahidəçiliklə bağlı müraciət edən olmayıb. Ancaq hələlik bunun üçün vaxt var. Əgər “exit-poll” niyyətində olanlar varsa, onların müraciətinə MSK-da baxılacaq və münasib qərar veriləcək.
– MSK tərəfindən seçkidə müstəqil şəxslərin müşahidəçiliyinə şərait yaradılacaqmı?
– Biz artıq müşahidəçilərin qeydiyyatına başlamışıq. Ötən 4-5 gün ərzində QHT-lərin və ayrı-ayrı şəxslərin təşəbbüsünü qiymətləndirmişik və xeyli müşahidəçini qeydə almışıq. Xatırladım ki, bu proses də seçkiyə 10 gün qalana kimi davam edəcək. Daha doğrusu, proses mərkəzi seçki komissiyalarında 10 gün qalmış, dairə seçki komissiyalarında isə 5 gün qalmışa kimi davam edəcək.
İsmayıl

 

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Tək başına bir institut qədər iş görüb” Sabir Rüstəmxanlı

Next Post

Dollarla olan kreditləri manata çevirərkən nələrə diqqət edilməlidir?

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Dollarla olan kreditləri manata çevirərkən nələrə diqqət edilməlidir?

Antonio Konte: “Azərbaycan hədəflərimizin önündə əngəl ola bilər”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.