"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Heç olmasa adı var

18 May 2018 - 08:51
in KÖŞƏ YAZILARI, XƏBƏR LENTİ

Milli Elmlər Akademiyasının yaxşı bir yeməkxanası var. Ona görə yaxşı deyirəm ki, ucuzluqdur, 2-3 manatla günortanı yola verə bilirsən. Elə ucuzluğuna görə orda adam həmişə çox olur. Yeməkləri hüzür yeməklərinə oxşayır, ayran, dovğa, göy-göyərti, düyü… Hərdən mən də Akademiyanın dadlı-duzlu yeməklərdən dadıram. Hər dəfə orda çörək yeyəndə elə bilirəm ki, Azərbaycan elminin ehsanını yeyirəm.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bilmirəm, vərdiş eləmişəm, yoxsa nədəndir, həmişə hara gedirəmsə bir gözüm adamların üstündə olur. Bir gözümlə müşahidə eləyirəm, o biri gözümlə yol gedirəm. Baxıram görüm camaat nə eləyir, nə eləmir, yeməyi necə yeyir, çayı necə içir, necə yaşayır, necə yaşamır…

Nədənsə, Akademiyanın yeməkxanasında son mənzərə məni sarsıtdı. Orada çörək yeyən alimlərin, müəllimlərin, doktorantların elmi yaradıcılığından söhbət getmir, hər halda hansı yolla olur-olsun gəlib professor olublar, alim olublar, azdan-çoxdan tanınırlar, pis-yaxşı yazı-pozuları var. Ancaq bufetdə yeməyi o qədər qorxa-qorxa yeyirlər, çörəyi o qədər ehtiyatla çeynəyirlər, başqalarını bilmirəm, belə şeylər məni kövrəldir. Alim çörəyi fəhlə kimi yeyir. Bu fikirlə qətiyyən fəhlələri alçaltmaq niyyətində deyiləm, ancaq yeməkxanaya diqqətlə fikir versən, sənə elə gələr ki, bu adamlar yazı yazmırlar, daş daşıyırlar, yer qazırlar, suvaq vururlar. Hamısının gözündən yuxu tökülür, elə bil bura Akademiya deyil, həbsxanadır.

Hamı bilir ki, Azərbaycanda elm ocaqlarında, məktəblərdə, universitetlərdə maaş çox azdır. Olmasa, ondan yaxşıdır. Gənc tədqiqatçı tanışlarım var, onlar da Akademiyada işləyir, 120 manat, 170 manat, 184 manat 60 qəpik maaş alırlar. Ancaq vallah, kostyumu geyinib, qalstuku vurub səhər ac qarnına alaqaranlıqdan işə elə həvəslə gəlirlər, elə bil 2 min pul alırlar. Lap heyrət eləyirəm. Onları iş yerləri ilə fəxr eləyən görəndə hamısını bir-bir qucaqlayıb ağlamaq istəyirəm. Təbii, aldıqları əmək haqqından özləri də narazıdır. Soruşuram ki, bəs niyə işdən çıxmırsan? Bu qədər maaşdansa işdən çıx, siqareti də tərgit, otur evdə. Qayıdıb nə cavab versə, yaxşıdır? Akademiyanın adı var. Yaxud, universitetin adı var. Heç olmasa desə ki, pis-yaxşı puldur, alıram, başımı saxlayıram, adamı yandırıb-tökməz. Bunun beyninə baxın: akademiyanın adı var.

Düzü, bu ad məsələsi bizim əxlaqımızda özünə yer də eləyib. Biz həyatımızı ad xətrinə yaşadıq, bir də baxdıq ki, ömür çürüyüb getdi. Bu yaxınlarda bir dostum mənə deyir ki, niyə universitetdə elmi iş götürmürsən?

– Niyə götürüm? Axı mənim elmə həvəsim yoxdur.

– Həvəsin olmasa da götür, dostun-tanışın çoxdur, tapşırsınlar, birtəhər müdafiədən keçir. Universitet yaxşı yerdir.

– Universitetin nəyi yaxşı yerdir? – sual verirəm.

– Heç olmasa adı var. Soruşan olanda deyirsən ki, filan universitetdə işləyirəm.

Hərdən də öz-özümə düşünürəm ki, doğrudan, Azərbaycanda hər şeyin adı var, özü yoxdur. Fikirləşirəm ki, bəlkə insan kimi də bizim adımız var, özümüz yoxuq, yaşamırıq. Bəlkə də Akademiyanın bufetində bir tikə çörəklərini sanki, qorxa-qorxa yeyən o adamlar da yoxdur. Bəlkə mən onları qorxaq görürəm. Allah haqqı, birindən soruşsam ki, niyə gözüqıpıqsan, niyə çəkinirsən? Əlindəki boşqabı təpəmə çırpar, məni söyər. Deyər, qorxaq, gözüqıpıq sənin dədəndir. Niyə? Çünki hamımız sınmışıq. Çünki biz yoxuq, biz yaşamırıq və bunun qisasını da bir-birimizdən alırıq.

Tez-tez yolda, küçədə, avtobusda, metroda özümü adamlara çırpıram ki, görüm mənə əhəmiyyət verən varmı, görüm ki, mən yaşayırammı, mən varammı, görüm ki, mənə baxırlarmı?

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Makedoniya Respublikasının Prezidentinə “Azərbaycanın dostu” qızıl ordeni təqdim edildi(FOTO)

Next Post

Laçının işğalından 26 il keçir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Laçının işğalından 26 il keçir

Laçının işğalından 26 il keçir

Həkimlərdən maraqlı açıqlama: Ölümdən sonra həyat var

Həkimlərdən maraqlı açıqlama: Ölümdən sonra həyat var

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.