"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Heç vaxt Azərbaycan vətəndaşlığına alternativ axtarmamışam”-Partiya sədri

29 Avqust 2022 - 21:19
in ÖNƏMLİ

“Laçında Azərbaycan ordusu yerləşəndən sonra ölkəmizə qarşı təhlükələr daha da artıb. Rusiyanın Qarabağla bağlı siyasətindən qaynaqlanan təhlükələri (Putin və Paşinyan son həftə ərzində ikinci dəfə Qarabağı müzakirə edib) arxa plana keçirilməklə, ABŞ və Fransa səfirləri hədəfə götürülməklə ictimai fikir məqsədli şəkildə çaşdırılır”.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu Feysbuk hesabında məlumat verib:

“Qarabağda arxa planda qalan təhlükələri açıq formada göstərdiyim üçün bir neçə gündür ki, davamlı olaraq böhtanlara məruz qalıram. Odur ki, öncə aşağıdakıları bildirmək istərdim.
Əvvala, bir müddət ABŞ-da, hazırda isə Britaniyada çalışan iqtisadçı-alim və siyasətçi kimi bildirirəm ki, harda yaşamağımdan asılı olmayaraq heç vaxt Azərbaycan vətəndaşlığına alternativ axtarmamışam. Bilirsiniz niyə? Çünki, hər gün vətənə qayıtmaq planı üzərində düşünürəm və inanıram ki:

  • Azərbaycanda da rüşvətsiz, rahat, təhlükəsiz, firavan və xoşbəxt həyata malik olmaq;
  • Azərbaycanda da insana dəyər verib, hər kəsə müəllimə də, həkimə də, məmura da layiqli əmək haqqı ödəmək, pensiyaları, təqaüdləri və müavinətləri artırmaq;
  • Azərbaycanda da azad biznes üçün şərait yaratmaq, bazar iqtisadiyyatına keçidi başa çatdırmaqla mülkiyyətçilər sinfi, səhmdarlar və sahibkarlar təbəqəsi yaratmaq;
  • Azərbaycanda da həm şəxsiyyətli və həm də bilikli insan yetişdirən elm və təhsil, tibbi sığortadan hər kəsin faydalana biləcəyi səjiyyə sistemi qurmaq;
  • Hətta Qarabağın rusların nəzarətində olan hissəsini də geri almaq, dövlət suverenliyini ölkənin bütün ərazisində təmin etmək mümkündür.
    Bütün bunlara nail olmaq məqsədilə avtoritarizmdən demokratiyaya keçidə gətirib çıxaran siyasi islahatlar aparmaqla gücünü xalqdan alan siyasi hakimiyyət formalaşdırmaq, ailə iqtisadiyyatından milli iqtisadiyyata keçidi təmin etmək üçün azad və rəqabətli bazar iqtisadi institutlarını qurmaq, regional və qlobal inteqrasiyadan faydalanmaq üçün iqtisadiyyatı liberallaşdırmaq və Dünya Ticarət Təşkilatına üzv olmaqla ticarəti və investisiyaları asanlaşdırmaq, idarəetmədə şəffaflığı və hesabatlılığı artırmaq, ən başlıcası da strateji inkişaf kursunu düzgün müəyyənləşdirmək lazımdır.
    Hazırda gedən proseslər bizi yanlış istiqamətə aparır. Azərbaycanın Avrasiya İqtisadi Birliyinin baş nazirlərinin toplantısında təmsilçiliyindən sonra Qərbə yönələn tənqidlərin artması təsadüf deyil. Unutmayaq ki, ABŞ Konqresində erməni diasporası ilə yaxın münasibətdə olanlar ölkənin qanunvericilik tarixində heç vaxt indiki kimi böyük qruplaşmaya malik olmayıb və onların prezident adminstrasiyasına təsir gücü də yüksəkdir. Beləliklə də onlar ilk növbədə ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsində, Azərbaycanın Rusiyanın yanında qalmasında maraqlıdırlar. Odur ki, səhvə yol vermək olmaz.
    Hər kəsə aydındır ki, perspektivdə Rusiya ilə bir yerdə inkişaf yoxdur, ona görə də dövlətin strateji maraqlarını cari hakimiyyət maraqlarına qurban vermək xəyanətdir, bu bizə çox baha başa gələ bilər, belə olan halda da son günlər baş verənlərə laqeyd qalmaq olmaz, doğru olanları açı olsa da xalqa demək və əhalini düzgün məlumatlandırmaq lazımdır. Oxuduğunuz üçün minnərdaram, indi isə yazını paylaşmağa dəvət edirəm”.
  • Yeganə
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Hikmət Hacıyevin fikirləri diplomatik auditoriyaya yönəlmişdi”-Ekspert

Next Post

Latviya Belarusla bu müqaviləni ləğv edir

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
Latviya Belarusla bu müqaviləni ləğv edir

Latviya Belarusla bu müqaviləni ləğv edir

Saakaşvili ölkədən çıxarılır? – Nazir

Saakaşvili ölkədən çıxarılır? - Nazir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.