Radikal Fələstin HƏMAS hərəkatı İsrailin cənubundakı Aşkelon şəhərinə 150 raket atdığını bildirib. Elchi.az bu barədə “Reuters”a istinadən xəbər verir.
Öz növbəsində, İsrail Müdafiə Qüvvələri bildirib ki, İsrailin Qəzza zolağına ən yaxın olan böyük Aşkelon şəhərində fasilədən sonra hava hücumu siqnalları işə düşüb.
Bundan əvvəl, oktyabrın 10-da Aşkelon HƏMAS-a daxil olan Əl-Qəssam Briqadaları tərəfindən kütləvi raket hücumlarına məruz qalmışdı.
Havar Şəfiyeva






