HƏMAS Hərəkatı 7 oktyabr şənbə günündən bəri davam edən Əqsa tufanı əməliyyatının “İsrailin Fələstindəki işğalının pozulmasına cavab olaraq birinci dərəcəli müdafiə əməliyyatı olduğunu” vurğulayıb.
Elchi.az xəbər verir ki, HƏMAS hərəkatının rəsmi saytında hərəkatın Siyasi Büro üzvü Hussam Bedranın Əl-Əqsadakı daşqınla bağlı açıqlaması dərc olunub.
Bedran verdiyi açıqlamada “Bu, işğalın Fələstindəki pozuntularına cavab olaraq İsrailin hərbi baza və mərkəzlərini hədəf alan birinci dərəcəli müdafiə əməliyyatı idi.
Bedran İsrailin HƏMAS-ın “İsrail mülki vətəndaşlarını öldürdüyü” iddialarını rədd edib və deyib:
“Dinimiz bizə mülki şəxslərə toxunmağı və onları hədəfə almağı qadağan edir. Həmas döyüşçüləri Qəssam Briqadaları komandiri Əbu Xalid Dayfın videolarında izah etdiyi kimi, mülki şəxslərə toxunulmaması ilə bağlı tövsiyələrinə əməl ediblər”.
Bedran həmçinin İslam və Ərəb dünyasını ayaqda olan Fələstin xalqının yanında olmağa çağırıb.
Nuranə Məmmədova




