Son iki il ərzində Fələstinin HƏMAS radikal qruplaşmasının üzvləri İsrailə hücum etmək üçün hərbi imkanlar artırır və kəşfiyyat məlumatları toplayır. Onların mənbəyi İsrail ərazisində işləyən Qəzza zolağının sakinləri ola bilər. Elchi.az xəbər verir ki, bu barədə “Washington Post İsrail” təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.
“HƏMAS əməliyyatı ən azı iki illik planlaşdırmanın nəticəsi idi, bu müddət ərzində “İDF” və Qəzza zolağında kiçik bir silahlı qrup olan İslami Cihad arasında iki münaqişə var. O zaman İslami Cihad liderləri İsrailin zərbələri nəticəsində öldürüldüyü üçün HƏMAS yanında dayandığına görə tənqid olunur”, – deyə “İDF”-nin keçmiş yüksək rütbəli kəşfiyyat zabiti Miri Eysin bildirib.
Onun sözlərinə görə, yaraqlıların İsrailin sərhəd şəhərləri ilə bağlı kəşfiyyatı qismən hər gün İsrail sərhədini keçən və HƏMAS-ın hücumunun baş verdiyi eyni icmalarda işləyən minlərlə Qəzzalıdan gəlib.
Havar Şəfiyeva






